XalqXəbər.Az

www.XALQXEBER.az » Gündəm » Əbülfəs Qarayevin Hüseynbala Mirələmovla ortaqlığı bitir - İLGİNC GƏLİŞMƏ

Əbülfəs Qarayevin Hüseynbala Mirələmovla ortaqlığı bitir - İLGİNC GƏLİŞMƏ

Əbülfəs Qarayevin Hüseynbala Mirələmovla ortaqlığı bitir - İLGİNC GƏLİŞMƏ
21-05-2020, 09:21

Bu gün “Rimba S.A” şirkəti (Panama) Bakıdakı filialının ləğv olunduğunu elan edib. Bu, maraqlıdır, çünki o, 2004-cü ilin fevral ayında Azərbaycanın mədəniyyət naziri Əbülfəs Qarayevin iştirakı ilə yaradılıb.

Panamada 10 min ABŞ dolları kapitalı ilə şirkət təsis edərkən Ə.Qarayevin şəriki SOCAR-ın Qaradağ qaz emalı zavodunun o vaxtkı direktoru Hüseynbala Mirələmov idi. Əbülfəs Qarayev şirkətin prezidentidir.

Xalqxeber.az bildirir ki, Turan.az saytında dərc edilib.


Bu günlərdə araşdırmaçı jurnalist Cavanşir Həsənli son sosial şəbəkə paylaşımında Azərbaycanın Mədəniyyət naziri Əbülfəs Qarayevlə deputat Hüseynbala Mirələmovun ortaq biznesinin olduğunu iddia edib.

O, qeyd edib ki, nazirlə deputatın Panamada qeydiyyatdan keçən şərikli şirkətinin Bakıdakı filialına YAP-ın Xətai rayon təşkilatının aparat rəhbəri Mayıl Kərimov nəzarət edir və bununla bağlı Vergilər Nazirliyinin rəsmi reyestrindəki qeydləri paylaşıb.

Jurnalist həmçinin, sözügedən şirkətin Panamada Əbülfəs Qarayevin adına qeydiyyatdan keçdiyini təsdiqləyən məlumatı paylaşımına əlavə edib.

Xatırladaq ki, 75 yaşlı Hüseynbala Mirələmov bundan öncə 3 çağırış Milli Məclisin deputatı olub. Fevralın 9-da keçiriləcək seçkiyə də qatılan Mirələmov artıq 4-cü dəfə parlament üzvü olmağa hazırlaşır.

C.Həsənlinin nazirlə deputatın ortaq biznesilə bağlı paylaşımını təqdim edirik: “Deputatlığa namizəd deputat Hüseynbala Mirələmov və Mədəniyyət naziri Əbülfəs Qarayevin Panamada fəaliyyət göstərən RİMBA S.A. şirkətinin Azərbaycanda filialı da var.

Offşor şirkətin filialı 2005-ci il fevralın 9-da Vergilər Nazirliyinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsində qeydiyyatdan keçib. Hüquqi ünvanı Bakı Şəhəri Səbail Rayonu, Əhəd Yaqubov, ev 83-dür. Filialın qanuni təmsilçisi

Yeni Azərbaycan Partiyasının Xətai rayon təşkilatının aparat rəhbəri və hakim partiyanın seçkilərdə səlahiyyətli nümayəndəsi Mayıl Qəşəm oğlu Kərimovdur.

Nazirlə deputatın şərikli şirkəti - RİMBA S.A. 2004-cü il fevralın 20-də Panamada 448783 saylı lisenziya ilə qeydiyyatdan keçib. Şirkət tipi anonim cəmiyyətdir.”

Dia.az bildirir ki, indi də həmin şirkətin ləğv olunduğu deyilir. Hər halda bu qərarın Əbülfəs Qarayev tərəfindən səbəbsiz atılmadığı da aydındır və bu qərarın verilməsində DTV-nin Əbülfəs Qarayevin rəhbəri olduğu nazirlikdəki məlum əməliyyatı ilə birbaşa əlaqəsinin olduğu da şübhə doğurmur.
Əbülfəs Qarayevin Hüseynbala Mirələmovla ortaqlığı bitir - İLGİNC GƏLİŞMƏ

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.