SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Sabiq nazirlərdən daha biri həbs oluna bilər... - Sırada Ziya Məmmədov var

Sabiq nazirlərdən daha biri həbs oluna bilər... - Sırada Ziya Məmmədov var

Tarix:

21-04-2021, 11:38

/ 559 dəfə oxundu.
Sabiq nazirlərdən daha biri həbs oluna bilər... - Sırada Ziya Məmmədov var

Yaxın günlərdə Azərbaycanda daha bir sabiq nazirin həbsi reallaşa bilər. Bu barədə JAMAZ.İNFO-ya etibarlı mənbələrdən məlumat daxil olub.

Həmin məlumata görə, Səlim Müslümovdan sonra həbsi gözlənilən keçmiş nazir Ziya Məmmədov ola bilər. İddialara görə, Ziya Məmmədovla bağlı Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində ilkin araşdırmalar başlayıb və əldə olunan sübutlara əsasən cinayət işi açılacaq.

Mənbə qeyd edir ki, Ziya Məmmədovun həbsi üçün hazırlıqların başlanmasının təkcə korrupsiya ilə bağlılığı yoxdur. Həmçinin işin içində siyasi motivlərin olduğu da iddia olunur. Lakin mənbə həmin siyasi motivlərin konkret nədən ibarət olması barədə heç nə deməyib.

Qeyd edək ki, sabiq nəqliyyat naziri Ziya Məmmədovun adı bir sıra məsələlərdə hallanır. Xüsusən onun AMEA-da çalışan qardaşı Elton Məmmədovun bəzi işlərə qarışdığına dair məlumatlar var. Bu yaxınlarda onun öz ərizəsi ilə işdən çıxmaq istəyində olmasına dair məlumat da əsassız deyil. JAMAZ.İNFO-ya çatan bilgilərdə bildirilir ki, Elton Məmmədov hakimiyyətin maraqlarına zidd olan bəzi fəaliyyətlərdə əli olub. Onun işdən çıxması barədə ərizə yazması da məhz bu fəaliyyətinə görədir.

Xatırladaq ki, Ziya Məmmədovun qarddaşının adı həmçinin bir müddət əvvəl həbs olunmuş general Rövşən Əkbərovun da işində keçirdi. Elton Məmmədov bununla bağlı açıqlama verərək bildirmişdi ki, generalla münasibətləri olub, lakin onun əməllərindən xəbərsizmiş.

Şərhlər

XƏBƏR LENTİ