Ziya Məmmədovun qardaşı AMEA-nı da DAĞIDIR - İDDİA
Azərbaycan Milli Elmlər Akademiyasında şübhəli olaylar baş verməkdədir. Bu barədə DİA.AZ-a qurumdakı mötəbər mənbədən informasiya daxil olub. Xəbəri verən qaynaq iddia edir ki, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İşlər idarəsinin müdiri Elton Məmmədov bu günlərdə ilginc bir addıma imza atıb.
Xatırladaq ki, keçən həftə də yerli KİV-də AMEA-dakı şübhəli tenderlər müzakirə mövzusu olmuşdu.
Hazırda AMEA-da tələb olunmayan təmir işlərinin həyata keçirildiyini bildirən mənbə DİA.AZ-a açıqlamasında onu da qeyd edib ki, bütün bu işlərə Ziya Məmmədovun qardaşı, keçmiş deputat Elton Məmmədov başçılıq edir.
Mənbə iddia edir ki, Elton Məmmədov AMEA-nın işlər idarəsinə rəhbər gələndən sonra ilk olaraq bu qurumun qapılarını təmir adı altında dəyişdirib.
Mənbə bildirir: "Həmin qapılar tarixi qapılar idi, bahalı ağacdan idi və qiyməti olduqca yüksək dəyərləndirilirdi. Elton Məmmədov həmin qapıları çıxartdıraraq yerinə "plastmas" qapılar taxdırıb. Yoxlama gəlib, heyrətlənib ki, bəs köhnə tarixi qapılar hanı? Kimsə cavab verə bilməyib..."
Mənbə iddia edir ki, bu fakta hüquqi qiymət verilsə, daha ciddi yeyintilər üzə çıxar.
Əlavə bilgilərimiz olacaq. Bİzi izləməkdə davam edin. İddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq...

İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Dövlətin sosial dəstəyi davam edir: məcburi köçkünlərlə bağlı yeni yanaşma - ŞƏRH
Putin İlham Əliyevi təbrik etdi
Prezident: Azərbaycanın qaz ehtiyatları növbəti yüz il ərzində lazımi təlabatı ödəməyə bəs edir
Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb - FƏRMAN
Canana Legend keçmiş qaynanası Mətanət İsgəndərlinin konsertində iştirak edəcək
Ermənistan kritik seçim qarşısında: sülh, yoxsa uçurum? – ŞƏRH
Daşkəsəndə seldən sonra yol çöküb