SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Nazir müavinin Çexiyadakı şirkəti barədə yeni faktlar – Əli Abdullayev Akif Çovdarovun qudası ilə ortaqdır?

Nazir müavinin Çexiyadakı şirkəti barədə yeni faktlar – Əli Abdullayev Akif Çovdarovun qudası ilə ortaqdır?

Tarix:

17-04-2021, 18:44

/ 1 023 dəfə oxundu.
Nazir müavinin Çexiyadakı şirkəti barədə yeni faktlar – Əli Abdullayev Akif Çovdarovun qudası ilə ortaqdır?

“İki ay əvvəl Rabitə və Yüksək texnologiyalar nazirinin birinci müavini Əli Abdullayev onun Çexiyadakı şirkəti ilə bağlı məlumat və sənədləri yayılanda narahat olmuşdu, saytlardan onların silinməsi üçün döymədiyi qapı qalmamışdı”. REPORTYOR.info xəbər verir ki, bunu araşdırmaçı jurnalist Cavanşir Həsənli deyib.
O, daha sonra uzun müddət Bakı Apelyasiya Məhkəməsinin və Suraxanı rayon Məhkəməsinin hakimi olmuş, hazırda külli-miqdarda dələduzluğa görə müttəhimlər kürsüsündə oturan Lətif Nəbiyevin ifadəsinə toxunub. “Lətif Nıbiyev Azad İbrahimov adlı şəxsdən aldığı 250 min dollara yaxın pulu nazir müavini Əli Abdullayevə verdiyini açıqlayıb”, – deyə jurnalist bildirib.
Jurnalist Əli Abdullayevin Çexiyadakı şirkəti barədə məlumatların ortaya çıxmasından narahat olmasının səbəblərini də açıqlayıb: “Diqqətinizə çatdırım ki, bu ilin fevralında məlumat yayılandan dərhal sonra Əli Abdullayev Praqa Bələdiyyə Məhkəməsinə baş vurub. Cənab nazir müavininin etibarnaməsi əsasında onun Praqadakı A.I.M. BOHEMİA S.R.O-dakı 50 faizlik payı martın 31-də Praqada yaşayan Fərid Ələkbərovun adına keçirilib və bütün hüquqlar ona həvalə olunub.
Rəsmi təsis sənədlərində şirkətin daşınmaz əmlak bazarında fəaliyyəti təsnifləşdirilsə də, Çexiyanın tədarükçü şirkətlər kataloqunda (https://aaapoptavka.cz/dodavatel/279917/aim-bohemia-sro) onun ticarət və xidmət sahəsinə vasitəçilik, malların depolanması, paketlənməsi, logistik texniki fəaliyyət və gömrük işləmlərində təmsilçiliklə məşğul olduğu qeyd edilir.
“Evropská databanka”nın (https://www.edb.eu/czech-firm-1355488-a-i-m…/contact) məlumat bazasında isə A.I.M.BOHEMİA şirkətinin dövriyyəsi 50.000.000 – 100.000.000 çex kronu (1,851 milyon – 3,703 milyon avro) arasında qeyd olunur.
Əli Abdullayevin etibarnamə ilə özünə aid hissələri adına keçirdiyi Fərid Ələkbərovun Azərbaycanda Hacı Turqay adı ilə məşhur olan işadamı Turqay Ələkbərovun qardaşı olduğu haqqında məlumatlar var. O, Hacı Turqayın və onun biznes ortağı, məşhur “Sevimli Dad” mağazalar şəbəkəsinin sahibi Murad Məmmədovun da Çexiyadakı şirkətlərini idarə edir. Murad Məmmədovun keçmiş MTN generalı Akif Çovdarovla quda olduğu barədə mətbuatda təsdiq və ya təkzib edilməmiş məlumatlar dolaşıb”.









Şərhlər

XƏBƏR LENTİ