İcra başçısı Çexiyadakı şirkətini oğlunun adına keçirib (FOTOFAKT)
Ziyəddin Əliyevdən daha bir xəbər var. Qubanın icra başçısı xaricdəki şirkətləri ilə bağlı sənədlərin ortaya çıxmasından təlaşlanıb”
Bunu araşdırmaçı jurnalist Cavanşir Həsənli öz facebook səhifəsində yazıb.
Araşdırmaçı jurnalist Cavanşir Həsənli qeyd edib ki, son günlər bəzi məmurlarla bağlı qərarlar Qubanın icra başçısı Ziyəddin Əliyevi ciddi narahat edib və izi itirmək üçün Çexiyadakı şirkətinin təsisçiliyindən imtina edib:
“Çexiya Maliyyə Nazirliyinin reyestr məlumatlarına görə bir həftə əvvəl, yəni oktyabrın 28-də Brnoda fəaliyyət göstərən AZ-SERVİCE NR SRO şirkətinin təsisçisi ilə bağlı dəyişikliklər edilib.
Sənədlərə görə şirkətin 100 faizlik payına sahib olan Ziyəddin Əliyevin adı təsisçilik hüququ ləğv edilib, şirkət bütünlüklə icra başçısının oğlu Nicat Əlibəylinin adına rəsmiləşdirilib.
Son proseslərdən sonra onun Çexiyadakı şirkətlə tələm-tələsik qərar qəbul etməsi onu deməyə əsas verir ki, bu barədə cənab Əliyevə kimlərsə məsləhət verib.
Reyestrə daxil edilmiş son məlumatlara görə icra başçısının Brnodakı şirkətinin aktivləri 14 milyon 849 min krona (650 min dollar) çatlb.”









Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...