SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Hüseyn Abdullayev ölüm aclığına başladı

Hüseyn Abdullayev ölüm aclığına başladı

Tarix:

12-04-2021, 13:54

/ 582 dəfə oxundu.
Hüseyn Abdullayev ölüm aclığına başladı

Həbsdə olan keçmiş deputat Hüseyn Abdullayev ölüm aclığına başlayıb.
Bu barədə “Xural TV”nin rəhbəri Əvəz zeynallı məlumat verib.
“Hazırda 10 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Hüseyn Abdullayev (Quska) bu gündən ölüm aclığına başlayıb”.
Qeyd edək ki, üç ildir həbsdə Hüseyn Abdullayev bir müddət əvvəl Azərbaycan vətəndaşlığından çıxarılması üçün Prezidentə müraciət edib.
Almaniyada sığınacaq almış Hüseyn Abdullayev 2018-ci ilin aprelində Türkiyədə saxlanılaraq Azərbaycana gətirilib. İttihamda yazılıb ki, onun barəsində müxtəlif adamların şikayətləri əsasında cinayət işi başlanıb.
Abdullayevə qarşı dələduzluq, vergidən yayınma və başqa ittihamlar irəli sürülüb.
Bakı Hərbi Məhkəməsinin hökmü ilə ona 6 il həbs cəzası kəsilib.
2007-ci il martın 16-da hökumətin Milli Məclisdə hesabatı zamanı o zaman deputat olan Abdullayevlə Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı arasında qarşıdurma baş vermiş, hər iki deputat əlbəyaxa olmuşdu. Bu olaydan sonra Abdullayevin deputat mandatı əlindən alınmış və ardınca o, həbs olunmuşdu. Ancaq elə həmin il məhkəmə qərarı ilə 2 il şərti cəza alan keçmiş deputat azadlığa çıxmışdı. O, 2010-cu il parlament seçkilərinə qatılsa da, namizədliyi qeydə alınmamışdı. Bundan sonra Almaniyaya gedən keçmiş deputat sığınacaq aldığını açıqlamışdı.

Şərhlər

XƏBƏR LENTİ