XalqXəbər.Az

XalqXeber.Az » Cəmiyyət » Vasif Talıbovun daha bir ailə şirkətinə lisenziya verildi

Vasif Talıbovun daha bir ailə şirkətinə lisenziya verildi

Vasif Talıbovun daha bir ailə şirkətinə lisenziya verildi
9-04-2021, 13:17

Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi tərəfindən “Naxçıvan Karqo” Məhdud Məsuliyyətli Cəmiyyətinə sürətli poçt xidmətlərinin göstərilməsi üçün müvafiq lisenziya verilib.

Pravda.az xəbər verir ki, “Naxçıvan Karqo” NMR Ali Məclisinin sədri Vasif Talıbovun ail şirkətlərindən biridir. İnternet Vergi İdarəsində yeni şirkətin qanuni təmsilçisi kimi Abbasov Ceyhun Əli oğlu göstəilib. Lakin açıq mənbələrdə bu ad soyadda hər hansı bir iş adamına rast gəlmək mümkün deyil.

Şirkətin hüquqi ünvanı Naxçıvan şəhəri Ə. Əliyev küçəsi ev 18 ünvanında yerləşir. Və bu ünvan şirkətin əsl sahibini ortaya çıxarır. Belə ki, Talıbovlar ailəsinə daxil olan bir çox şirkətlər məhz bu ünvanda qeydiyyatdadır. Nümumə üçün “Gəmiqaya” adı ilə bağlı çoxsaylı MMC-lər, “Nəqşicahan İnşaat” və daha bir neçə şirkətin hüquqi ünvanı məhz Ə. Əliyev 18 ünvanındadır.

Şirkətin lisenziya alması ilə bağlı yayılan rəsmi xəbərdə bu MMC-nin rəhbəri haqda heç bir informasiya verilmir. Sadəcə qeyd olunur ki, “Naxçıvan Karqo”nun Naxçıvan şəhəri ilə yanaşı, yanğın təhlükəsizliyi və videomüşahidə sistemləri ilə təmin olunmuş Şərur, Ordubad və Kəngərli rayonlarında 3 saxlanma anbarı var. Çatdırılma və kuryer fəaliyyəti üçün 2 yük avtonəqliyyatı vasitəsilə daşınmalar həyata keçirilir. Müştərilərə daha yüksək xidmət göstərmək üçün malların qəbulu, daşınması və ünvana çatdırılması ən sürətli üsullarla həyata keçirilir.

“Naxçıvan Karqo”dan bildirilib ki, bundan sonrakı fəaliyyətləri dövründə qaydalarda tələb olunan şərtləri yerinə yetirəcək, müştərilərə daha yüksək xidmətlər göstərməyə çalışacaq, sürətli poçt xidmətləri imkanları daha da genişləndiriləcək.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.