SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » AzTV-də Əli Kərimli sevdası – Rövşən Məmmədovun kadrlarından efir BİABIRÇILIĞI

AzTV-də Əli Kərimli sevdası – Rövşən Məmmədovun kadrlarından efir BİABIRÇILIĞI

Tarix:

1-04-2021, 10:18

/ 626 dəfə oxundu.
AzTV-də Əli Kərimli sevdası – Rövşən Məmmədovun kadrlarından efir BİABIRÇILIĞI

AzTV-nin dünənki xəbərlərinin 16:00 buraxılışında tariximizin saxtalaşdırılması baş verib.

Belə ki, 1918-ci il ermənilərin Şamaxıda törətdiyi vəhşiliklərə aid reportajı səsləndirən Vəfa Ağabalayeva Azərbaycan Xalq Cumhuriyyətinə Xalq Cəbhəsi deyib:

“Təəssüf ki, Azərbaycan Xalq Cəbhəsi cəmi 23 ay fəaliyyət göstərdiyindən….”

Azərbaycanın teleradio məktəbi sayılan AzTV-də çalışanların ibtidai sinif savadı da yoxdur? Özünə jurnalist deyən Vəfa Ağabalayeva Əli Kərimlinin Xalq Cəbhəsi Partiyası ilə Azərbaycan Xalq Cumhuriyyətinin fərqini bilmir?

Xatırladaq ki, AXCP 1989-cu ildə yaradılıb. Rövşən Məmmədovun sədrlik etdiyi AzTV isə 103 il əvvəllə 32 il öncəni qarışdırır.

Həmin görüntüləri təqdim edirik:

Şərhlər

XƏBƏR LENTİ