SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » ƏLİ HƏSƏNOVUN DAHA BİR KADRI YOLA SALINDI - Nuşirəvan Məhərrəmli 18 illik vəzifəsilə vidalaşdı

ƏLİ HƏSƏNOVUN DAHA BİR KADRI YOLA SALINDI - Nuşirəvan Məhərrəmli 18 illik vəzifəsilə vidalaşdı

Tarix:

30-03-2021, 18:58

/ 1 088 dəfə oxundu.
ƏLİ HƏSƏNOVUN DAHA BİR KADRI YOLA SALINDI - Nuşirəvan Məhərrəmli 18 illik vəzifəsilə vidalaşdı

Nuşirəvan Məhərrəmli Milli Televiziya və Radio Şurasının (MTRŞ) üzvlüyündən çıxarılıb. Bu barədə "Report"a açıqlamasında N.Məhərrəmli özü məlumat verib.
Onun sözlərinə görə, Şuranın üzvlüyündən çıxarılması səlahiyyət müddətinin başa çatması ilə əlaqədardır.
Qeyd edək ki, N.Məhərrəmli 2003-cü ildən MTRŞ-nin üzvü idi. O, həmçinin 2003-2020-ci illər ərzində şuranın sədri vəzifəsində çalışıb.
Qeyd edək ki, N.Məhərrəmli Prezidentin sabiq köməkçisi, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin keçmiş müdiri Əli Həsənovun kadrı hesab olunurdu. 
Milli Televiziya və Radio Şurasının sədri vəzifəsinə təyin olunmazdan əvvəl Əli Həsənovun rəhbərlik etdiyi şöbədə böyük referent, sektor müdiri vəzifələrində çalışıb.
Ancaq onların Əli Həsənovla tanışlığı hələ gənclik illərinə gedir. Belə ki, hər ikisi 1985-ci ildə BDU-dan  təhsilini davam etdirmək üçün Moskva Dövlət Universitetinin tarix fakültəsinə  köçürülüb.  Hər ikisi 1988-ci ildə Moskva Dövlət Universitetinin tarix fakültəsinin aspiranturasının əyani şöbəsinə daxil olub.  Və maraqlıdır ki, hər ikisi 1992-ci ildə aspiranturanı bitirib və namizədlik dissertasiyasını müdafiə edərək tarix elmləri namizədi elmi dərəcəsini alıb.
Azərbaycan müstəqillik əldə etdikdən sonra isə ölkəyə gələrək, burda məlum sahələrdə fəaliyyətlərini davam etdiriblər. Azərbaycanda mətbuatın acınacaqlı vəziyyətə salınması, telekanalların səviyyəsiz şou məkanına çevirilməsi Əli Həsənovla N.Məhərrəmlinin birgə fəaliyyətinin nəticəsi hesab olunur. Moskva ilə bağlılıqları bunu onların qəsdən etdiklərindən şübhələnməyə əsas verir...
"AzPolitika.info"L

Şərhlər

XƏBƏR LENTİ