XalqXəbər.Az

XalqXeber.Az » Cəmiyyət » Barəsində cinayət işi açılan sabiq bələdiyyə sədri məhkəmə QARŞISINDA

Barəsində cinayət işi açılan sabiq bələdiyyə sədri məhkəmə QARŞISINDA

Barəsində cinayət işi açılan sabiq bələdiyyə sədri məhkəmə QARŞISINDA
12-03-2021, 11:06

"İsmayıllı rayon Tircan bələdiyyəsini keçmiş sədri Əhməd Çələbiyev barəsində inzibati qaydada protokol tərtib olunub.

Baxılması üçün İsmayıllı rayon məhkəməsinə göndərilən iş hakim İlqar Hüseynovun icraatına verilib.

Ə.Çələbiyev inzibati xətalar məcəlləsinin 460-cı (vergiləri, işsizlikdən sığorta, icbari tibbi sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma) maddəsi ilə təqsirli bilinir.

Qeyd edək ki, onun barəsində daha öncə 2016-2020-ci illər ərzində bələdiyyə sədri vəzifəsində işləyən zaman bələdiyyəyə məxsus 65 hektar torpaq sahəsini yalan məlumatlar daxil etməklə tərtib etdiyi icarə müqaviləsi əsasında 3 il müddətinə Əflatun Həsənova verdiyinə görə Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) maddəsi ilə cinayət işi başlanılmışdı.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.