XalqXəbər.Az

XalqXeber.Az » Cəmiyyət » Gunay Orucova “Şərəf” ordeni ilə təltif edildi

Gunay Orucova “Şərəf” ordeni ilə təltif edildi

Gunay Orucova “Şərəf” ordeni ilə təltif edildi
6-03-2021, 11:26

Soydaşlarımızın dünyanın hansı ölkəsində yaşamasından asılı olmayaraq onlar vahid ideologiya ətrafında birləşməyi, fəaliyyətlərini bu istiqamətdə davam etdirməyi əsas məqsəd olaraq seçirlər.

Marsol – Qadın Sahibkarlarla iş üzrə departament rəhbəri Orucova Günay İlham qızı “Şərəf” ordeni ilə təltif edilib.

5 mart 2021-ci il tarixdə Ukrayna Qarapapaq Türkləri Milli Şurası (UQTMŞ) Azərbaycanın 3 nəfər ictimai xadiminin “Şərəf” ordeni ilə təltif edib.

Bu barədə Ukrayna Qarapapaq Türkləri Milli Şurasının informasiya departamentindən mətbuata açıqlama verilib.

Gunay Orucovanın ”Şərəf” ordeni ilə təltif edilməsi barədə əmri UQTMŞ Sədri Daşqın Gülməmmədov imzalayıb.

Təltif haqqında əmrdə qeyd edilir ki, Orucova Gunay Ukrayna Qarapapaq Türkləri Milli Şurasının “Şərəf” ordeni ilə təltif edilsin.

Qeyd edək ki, 25 dekabr 2019-cu il tarixində, Ukrayna Qarapapaq Türkləri Milli Şurası Rəyasət Heyəti, ictimai, siyasi, elmi, təhsil və digər fəaliyyətlərində fərqlənmiş şəxslərin təltif edilməsi üçün Ukrayna Qarapapaq türkləri Milli Şurasının “Şərəf” ordeni təsis edilməsi barədə qərar qəbul edib.

Ukrayna “Dövlət təltifləri haqqında” və Ukrayna “İctimai birliklər” haqqında qanunlarına, o cümlədən Ukrayna Qarapapaq Türkləri Milli Şurası Nizamnaməsinə uyğun olaraq təsis edilən “Şərəf” ordeni, Ukrayna dövləti, Türk Dünyası və Qarapapaq türkləri qarşısında xidmətlərinə görə fərqlənmiş şəxlərin təltif edilməsi üçün nəzərdə tutulub. “Şərəf” ordenin ilk sahibi Dünya Qarapapaq Türklərinin Baş Şadı, Türkiyənin ictimai-siyasi xadimi Öndər Cəmil oğlu Aksudur. O, bu ordenə 5 yanvar 2020-ci il tarixdə layiq görülüb.

“Şərəf” ordeninin hüquq statusuna gəlincə, bildirək ki, Ukrayna Qarapapaq Türkləri Milli Şurası Ümumulrayna İctimai Birliyinin Nizamnaməsi və “Şərəf” ordeni Statutu ilə tənzimlənir.

“Şərəf” ordeni Ukrayna vətəndşlarına Ukrayna dövlətinin tərəqqisinə, əzəmətinin və şöhrətinin artmasına töhfə verən müstəsna xidmətlərinə, Ukraynanın ərazi bütövlüyünün müdafiəsində, Ukraynanın dövlət mənafelərinin qorunmasında göstərilən mərdlik və şücaətə, Ukraynada yaşayan Qarpapaq Türklərinin milli mənafeinin qorunmasına və müdafiəsinə görə verilir.

Orden həmçinin xarici vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə Ukrayna xalqı və dövləti, Türk dünyası, dünyada yaşan Qarapapaq türkləri qarşısında göstərdiyi müstəsna xidmətlərə, milli mənafelərin qorunmasında mərdliyə və şücaətə görə verilir. “Şərəf” ordeni ilə eyni zamanda şəxslər Ukrayna Qarapapaq Türkləri Milli Şurası qarşısında müstəsna xidmətlərinə, ictimai-siyasi fəaliyyətinə görə təltif edilirlər.

“Şərəf” ordeninin, Ukrayna Qarapapaq Türkləri Milli Şursının “Təltif və Mükafatları haqqında” Əsasnaməsi və “Şərəf” ordenin Statutu ilə təsdiq edilmiş vahid dərəcəsi mövcuddur.

Ordenin təsvirinə gəlincə, “Şərəf” ordeni səkkizguşəli ulduz əsasında tərtib edilmiş kompozisiyadan ibarətdir. Şəkkizgüşəli ulduzun qızıl suyuna çəkilmiş tökmə lövhədir. Səkkizgüşəli ulduzun mərkəzində qırmız rəngli, emalla işlənmiş dairə yerləşir, dairənin içində Qarapapaq Türklərinin milli totemi olan ağ qanadlı bars təsvir olunub. Bütün təsvirlər, həmçinin ulduzun reylefi qabarıqdır. Ordenin arxa tərəfi hamar səthlidir, aşağı hissədə ordenin nömrəsi həkk olunub.

[xfvalue_elave] XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.