SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Şəhla Hümbətovanın vəkilliyinə xitam verildi - SƏBƏB

Şəhla Hümbətovanın vəkilliyinə xitam verildi - SƏBƏB

Tarix:

5-03-2021, 13:24

/ 856 dəfə oxundu.
Şəhla Hümbətovanın vəkilliyinə xitam verildi - SƏBƏB

Bakı İnzibati Məhkəməsi Vəkillər Kollegiyasının Şəhla Hümbətovanın vəkilliyinə xitam verilməsi ilə bağlı iddiasına baxıb.

Axar.az xəbər verir ki, məhkəmə Kollegiyanın iddiasını təmin edib. Hakim Aytən Oruczadənin sədrliyi ilə keçirilən iclasda Şəhla Hümbətova Vəkillər Kollegiyasından çıxarılıb.

Kollegiya məhkəməyə müraciətində bildirib ki, Şəhla Hümbətova 6 aydan çox üzvlük haqqını ödəməyib. Bu əsasla da onun Vəkillər Kollegiyasındakı fəaliyyətinin dayandırılması üçün məhkəməyə müraciət edilib.

Şəhla Hümbətova isə bildirib ki, bu qərarın qəbulu üzvlüklə bağlı deyil. O, hesab edir ki, qərar siyasidir, məhkəmə də siyasi qərarı icra edib.

Qeyd edək ki, Şəhla Hümbətova 2018-ci ilin iyununda Gəncədə baş verən hadisələrlə bağlı həbs edilən bir neçə şəxsin vəkili olub.

2020-ci il martın 4-də ABŞ Dövlət Departamenti Şəhla Hümbətovaya "Cəsarətli qadınlar” mükafatını (IWOC) təqdim edib.

Şərhlər

XƏBƏR LENTİ