Vəkillər Kollegiyasında AVTORİTAR ÜSUL-İDARƏ... - Prezidentə müraciət olundu
Vəkillik fəaliyyəti dayandırılan Janna Bağırova iddia edir ki, Vəkillər Kollegiyasının sədri Anar Bağırovu tənqid etdiyinə görə 37 illik peşəsindən uzaqlaşdırılıb.
Bu barədə o, prezidentə ünvanladığı məktubunda yazıb.
Peşəkar vəkil kimi, hətta 2020-ci ilin yanvarında medalla təltif olunduğunu vurğulayan Janna Bağırovanın sözlərinə görə, həmin ilin avqustunda özünün də xəbəri olmadan Vəkillər Kollegiyasından uzaqlaşdırılmasına qərar verilib: "Səbəb isə Vəkillər Kollegiyasının sədrini tənqid etməyimdir. Vəkillər Kollegiyasının yeni rəhbərliyi fəaliyyətimə mənə təzyiqlər göstərir, vəkillik fəaliyyətimə qanunsuz müdaxilələr edir, işimi və şəxsiyyətimi aşağılamağa, onun-bunun sifarişi ilə işləyən vəkilə çevirməyə cəhd göstərirdi. Niyyəti baş tutmadığına görə qərəz və qisas nəticəsində işimi itirmişəm. Hətta mənə imkan verilmədi ki, məhkəmələrdə hüquqlarını müdafiə etdiyim insanların işlərini tamamlayım”.
Vəkillər Kollegiyasının Rəyasət Heyətinin ötən ilin avqustda keçirilən iclasında Janna Bağırovanın vəkillik fəaliyyətinə xitam verilməsi üçün məhkəməyə müraciət olunmasına qərar verilib.
Vəkillər Kollegiyasından bildirilib ki, adıçəkilən vəkil haqqında vətəndaşlardan kollegiyaya çoxsaylı şikayətlər daxil olmuşdu. Həmin şikayətlər həm İntizam Komissiyasında, həm də Rəyasət Heyətində araşdırılıb və sonda belə bir qərar verilib.
Janna Bağırova özü də məhkəməyə müraciət edib.
O gileylənir ki, məhkəmə iddiasına baxmır: "10 aydır ki, müxtəlif bəhanələrlə məhkəmə iddiaya baxa bilmir. Çünki Vəkillər Kollegiyasının sədri, eyni zamanda da Məhkəmə-Hüquq Şurasının üzvüdür. Hakimlər də bundan ehtiyat edir”. //Meydan TV//

İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?
Gəncə Dram Teatrını su basdı, işçi zirzəmidə qaldı - Video
Dövlətin sosial dəstəyi davam edir: məcburi köçkünlərlə bağlı yeni yanaşma - ŞƏRH
Putin İlham Əliyevi təbrik etdi
Prezident: Azərbaycanın qaz ehtiyatları növbəti yüz il ərzində lazımi təlabatı ödəməyə bəs edir
Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb - FƏRMAN
May ayının bütün sosial ödənişləri yekunlaşdırılıb