SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Pərviz Şahbazov London Universitetinin müəllimini özünə müşavir təyin etdi

Pərviz Şahbazov London Universitetinin müəllimini özünə müşavir təyin etdi

Tarix:

11-02-2021, 11:34

/ 749 dəfə oxundu.
Pərviz Şahbazov London Universitetinin müəllimini özünə müşavir təyin etdi

Energetika Nazirliyində yeni təyinat olub.

Nazir Pərviz Şahbazovun əmri ilə Vüsal Musayev onun iqtisadi məsələlər üzrə müşaviri təyin edilib.

Bu təyinata qədər V.Musayev nazirliyin Elektroenergetika və enerji səmərəliliyi şöbəsinin müdir müavini vəzifəsində işləyib.

Yeni təyinatla nazirin müşavirlərinin sayı 5-ə çatıb. Bundan əvvəl Zəminə Əliyeva, Cavid Abdullayev, Vüsal Rəcəbli və Xalidə Mənsimova müşavir təyin ediliblər.

İqtisad Elmləri üzrə London Universitetinin doktoru olan V.Musayev Azərbaycan Dövlət İqtisad Universitetində və Böyük Britaniyanın qabaqcıl tədris ocaqlarında təhsil almaqla yanaşı, London Universitetinin mötəbər institutlarında dərs deyib. O, eyni zamanda, neft müqavilələrindən sonra ölkəmizdə qeyri-neft sahəsinə qoyulmuş ən böyük investisiya layihələrindən biri hesab edilən və Azərbaycanın elektroenergetika sahəsində sənaye miqyaslı ilk beynəlxalq müstəqil enerji istehsalı (Independent Power Producer - IPP Project) layihəsinin pionerlərindən biri hesab edilir.

Şərhlər

XƏBƏR LENTİ