XalqXəbər.Az

XalqXeber.Az » Cəmiyyət » Səlim Müslümovun kirvəsi, oliqarx Heydər Əsədovun milyonları necə olsun? - İLGİNC

Səlim Müslümovun kirvəsi, oliqarx Heydər Əsədovun milyonları necə olsun? - İLGİNC

Səlim Müslümovun kirvəsi, oliqarx Heydər Əsədovun milyonları necə olsun? - İLGİNC
5-02-2021, 11:09

Sabiq nazir Səlim Müslümovun həbsi, büdcəni talayan, maliyyə maxinasiyalarına yol verən, etimadı doğrultmayan çox məmurun yuxusunu ərşə çəkib. İndi sabiqlərin oturub həyəcanla öz növbəsini gözlədiyini təxmin etmək o qədər də çətin deyil. Necə deyərlər onlar “süddən çıxmış ağ qaşıq” olmadıqlarını çox yaxşı bilirlər.

KONKRET.az xatırladır ki, keçmiş Kənd Təsərrüfat naziri, hazırda Dövlət Dəniz Akademiyasının rektoru olan Heydər Əsədovun vəziyyəti necədir?. İndi sual verə bilərsiniz ki, bu adamın Səlim Müslümovun həbsi ilə nə əlaqəsi?. Elə düşünməyin cənablar! Bu iki şəxsi bir-birinə sıx tellər bağlayır axı.

Birincisi, Səlim Müslümovla Heydər Əsədov kirvədirlər, ikincisi, təxminən eyni illərdə nazir işləyiblər, üçüncüsü də var. Bu, yaxın dostların sahib olduqları və dəyəri milyonlarla ölçülən əmlaklar … Heydər Əsədovun dəyəri milyonlarla ölçülən varidatını görmək üçün internetdə bir az axtarış aparmaq kifayət edir.

Məsələn, araşdırmaçı jurnalist Cavanşir Həsənlinin iddialarına görə, Heydər Əsədovun oğlu, atasının hesabına Londonda bahalı mülklərin, avtomobillərin sahibidir. Digər oğlu isə Türkiyədə iri turizm şirkətlərinə və mülklərə yiyələnib. Əsədovun özünün isə bir neçə il öncə paytaxtın Binəqədi rayonu ərazisində dəyəri milyonlarla ölçülən villalar inşa etdirdiyi üçün medianın əsas gündəm mövzusuna çevrilmişdi.

İndi sual olunur, aylıq vəzifə maaşı təxminən 1000-2000 manat arasında dəyişən Heydər Əsədov milyonluq varidata necə sahiblənib? . Yəqin ki, çox keçməz Səlim Müslümova verilən suallar, Heydər Əsədova da ünvanlanar. Bax o zaman sabiq nazirin işi əməlli-başlı çətin olacaq.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.