SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Səlim Müslümovun həbs edildiyi deyilir... - KORRUPSİYA FAKTLARI

Səlim Müslümovun həbs edildiyi deyilir... - KORRUPSİYA FAKTLARI

Tarix:

3-02-2021, 10:26

/ 877 dəfə oxundu.
Səlim Müslümovun həbs edildiyi deyilir... - KORRUPSİYA FAKTLARI

Əmək və əhalinin sosial müdafiəsinin sabiq naziri Səlim Müslümov həbs edilib.

Yenicag.az xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb.

Bildirilib ki, DTX keçmiş məmuru ciddi korrupsiya faktları ilə saxlayıb. Onun çalışdığı dövrdə 2 milyard manatdan çox dövlət vəsaiti DSMF-dən yoxa çıxdığı qeyd edilib.

Bundan başqa Müslümovlara məxsus digər şirkətlərin siyahısı açıqlanıb:

1. “ORİON GLOBAL” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ əsasən xidmət sahəsini əhatə edir. Dəbdəbəli ORİON PALACE Səlim Müslümovun biznesində əhəmiyyətli yer tutur və bu şirkət üzərindən idarə olunur.

2. “ORİON CONSTRUCTİON” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ tikinti sahəsində fəaliyyət göstərir.

3. “ORİON CARS” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ şəhərin müxtəlif səmtlərində bahalı və VİP salonlu avtomobillərin icarəsi ilə məşğuldur.

4. “ORİON CREATİVE SOLUTİONS” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ əvvəlcə Turqay Müslümlünün adına qeydiyyatdan keçirilsə də, sonradan Səlim Müslümovun digər oğlu – Asim Müslümlü Səlim oğlunun adına rəsmiləşdirilib.

Ağsuda Səlim Müslümovun 60 hektar, bacanağı Ənvər Seyidəliyevin isə 20 hektar sarımsaq sahəsi var. Səlim Müslümovun şəxsən özünün Pirhəsənli kəndindəki villası var.

Həmçinin Səlim Müslümovun oğlu Turqay Müslümlü Edinburq Universitetini bitirdikdən sonra biznes fəaliyyətinə başlayıb.

Onun adına 2017-ci ilin noyabrın 23-də o, Vergilər Nazirliyinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsində 4 şirkət qeydiyyatdan keçirib. Şirkətlər Turqay Müslümovun yaşadığı ünvanda – Binəqədi rayonu, Ziya Bünyadov, ev 7A-da hüquqi qeydiyyata alınıb.

Xatırladaq ki, 2018-ci ildə Prezident İlham Əliyevin imzaladığı müvafiv sərəncama əsasən o, vəzifəsindən azad edilib.

Hazırda Bakı Biznes Universitetinin professoru olan S.Müslümov mərhum Heydər Əliyevin dönəmində də həbsdə olub.

Şərhlər

XƏBƏR LENTİ