XalqXəbər.Az

www.XALQXEBER.az » Cəmiyyət » Emin Əmrullayev də köhnə üsullarla işləyir... - İDDİA

Emin Əmrullayev də köhnə üsullarla işləyir... - İDDİA

Emin Əmrullayev də köhnə üsullarla işləyir... - İDDİA
22-12-2020, 10:18

Yeni Təhsil Nazirimiz Emin Əmrullayevin əsl üzü ortaya cıxıb vəzifəsindən qovulan Əli Həsənovun kadrı olduğunu gundelik-baku.com saytında faktlarla izləyicilərə çatdırmışdıq. Emin Əmrullayevin uzun illər Əli Həsənovun işçisi olduğu, eyni zamanda ən sadiq adamı kimi məsul vəzifələri həvalə etməyi Təhsil Nazirimiz Emin Əmrullayevin vikipediyasında öz təsdiqini tapmışdır. Etibarlı mənbələrdən gundelik-baku.com-a daxil olan məlumatdan aydın olur ki, Emin Əmrullayev keçmiş kadrları öz yaxın adamları olan kadrlar ilə əvəz edir. Bir neçə gün öncə təyinat alan kadrı da bunu sübut edə bilər. Etibarlı mənbə onuda bildirir ki, artıq nazir dəyişəndən sonra nazirə yaxın adamlar sektorlarda monopoliya yaratmağa başlayıb. Amma nəzarət Nazir və onun yerlisi olan müavinindədir. Monopoliyanın qolları-məktəblər, kolleclər, universitetlər və əsas gəlir yerlərindən olan tenderlərdir......
Monopoliyanın əsas qolu olan tenderlərdən və o tenderlərdə olan maraqlı məqamlardan, müthiş hoqqabazlıqlardan son günlər mətbuatda xeyli materiallar dərc olunub və oxuyucularımız agahdırlar. İndi isə gələk digər metodlara.....
Deməli müəllimlərin işə qəbulu 10 min dəfə sağoldan 20 min dəfə sağola kimi dəyişə bilir. Bu işlərin nəzarəti birbaşa təhsil nazirinin və həmyerlisi olan müavininin nəzarətindədir.
Universitetlərdə olan tapşırılma, kəsr həll olunması köhnə üsullarla həll olunur. Hələki bu sahədə dəyişiklik müşahidə olunmur.
Orta məktəbdə oxuyan körpələri də oyunlarına alət edən bu məmurlar orta məktəblərdə transfer(köçürmə) adı altında tarifləri 3 min dəfə sağoldan 5 min dəfə sağola kimi dəyişə bilirlər. Sözlərinə baxmayan məktəb direktorlarını, rektorları öz metodları ilə sıxma-boğmaya salırlar. Deyilənlənlərə görə, məktəb direktorlarının təyin olunmasında bahalaşma müşahidə olunur. 20 nömrəli məktəbin direktoru təyin olunarkən mətbuatda dərc olunan 200 min söhbəti yəqinki izləyicilərimizin xatirindədir. Tariflər ərazisinə görə 50 min dəfə sağoldan 200 min dəfə sağola kimi dəyişə bilər.Maraqlıdır ki, nə isə verib işə qəbul olan direktor nə isə almaya bilər? Axı təhsil nazirimiz Cənab Prezident İlham Əliyevin etimadını niə doğrultmur? Digər mövzulara növbəti saylarımızda geniş şəkildə toxunacayıq.
Növbəti yazımızda özünü sakit, kasıb, sadəlövh insan kimi insanlara sırıyan Təhsil Nazirimiz Emin Əmrullayevin Quba Rayonunda Nügədi kəndində yerləşən imarətindən, güc strukturlarında işləyən birinci dərəcəli qohumlarından, qohumlarının Təhsil Nazirində məsul vəzifələrə təyin etdirməyi barədə geniş araşdırmamız olacaq...
Bizi izləyin... //gundelik-baku.com//

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.