SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Azərbaycanlı qumarbaz Monte-Karlo kazinosunda 188 min avro uddu - FOTO

Azərbaycanlı qumarbaz Monte-Karlo kazinosunda 188 min avro uddu - FOTO

Tarix:

28-04-2017, 17:46

/ 113 558 dəfə oxundu.
Azərbaycanlı qumarbaz Monte-Karlo kazinosunda 188 min avro uddu - FOTO

Azərbaycanlı qumar həvəskarı Murad Axundov Monte-Karloda keçirilən “PokerStars Championship Monte Carlo” poker çempionatında ikinci olub.

Qumar aləmində baş verənlər üzrə ixtisaslaşmış casinonewsdaily.com portalı bu haqda yazır.

Turnir Monte-Karlonun elit kazinolarından birində ötən axşam keçirilib. Bu, poker oyunu üzrə “Avropa qran-prisi” hesab olunur. Birinci yeri almaniyalı poker ustası Ole Schemion tutub, o, 275 min avro qazanıb. Murad Axundov turnirdə alman qumar ustası ilə finala qalıb və ona uduzaraq ikinci olub. Üçüncü yeri isə Türkiyədən Koray Aldemir tutub, o, 124 min avro qazanıb. Sayt yazır ki, Axundov bir çox illər ərzində özünü poker turnirlərində çox yaxşı göstərib və 1 milyon dollara yaxın pul udub. Turnirə cəmi 8 peşəkar pokerçi qatılmışdı.
Azərbaycanlı qumarbaz Monte-Karlo kazinosunda 188 min avro uddu - FOTO
Azərbaycanlı qumarbaz Monte-Karlo kazinosunda 188 min avro uddu - FOTO

Şərhlər

XƏBƏR LENTİ