SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » "Arzu edirəm ki, növbəti 10 sutkanı Şuşada yatım" - Kamil Zeynallı

"Arzu edirəm ki, növbəti 10 sutkanı Şuşada yatım" - Kamil Zeynallı

Tarix:

23-10-2020, 12:12

/ 1 234 dəfə oxundu.
"Arzu edirəm ki, növbəti 10 sutkanı Şuşada yatım" - Kamil Zeynallı

Tanınmış fitness məşqçisi Kamil Zeynallı azadlığa çıxıb.

Bu barədə sosial şəbəkə hesabında məlumat verən idmançı əsgərlərə yardım kampaniyasını davam etdirəcəyini qeyd edib.

“Əziz dostlarım, arzu edirəm ki, tezliklə növbəti 10 sutkanı Şuşada yatım. Allah ordumuzu qorusun, hər şey Vətən üçün! Əsgərlərimizə dəstəyimiz avam edəcək, maşın-maşın dəstəklərimiz gedəcək... Harda qalmışdıqsa, oradan da davam edəcəyik”.

Xatırladaq ki, Kamil Zeynallı tərəfindən internet informasiya ehtiyatında, o cümlədən informasiya-telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyaların, foto və vidogörüntülərin yayılması halları müəyyən edilmişdi. İnzibati xətalar haqqında qanunvericiliyin tələblərini pozduğuna görə idmançı Füzuli rayon məhkəməsinin qərarı ilə 10 gün müddətinə inzibati tənbeh növündə həbs olunmuşdu.

Şərhlər

XƏBƏR LENTİ