XalqXəbər.Az

www.XALQXEBER.az » Cəmiyyət » Vilayət Eyvazov şöbə rəisini işdən çıxartdı

Vilayət Eyvazov şöbə rəisini işdən çıxartdı

Vilayət Eyvazov şöbə rəisini işdən çıxartdı
14-09-2020, 10:44

Azərbaycanda polis şöbələrindən birinin rəisi vəzifəsindən azad edilib.

“Report”un əldə etdiyi məlumata görə, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin rəisi Lətif Cahangirov işdən çıxarılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti “Report”a faktı təsdiqləyib.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.