XalqXəbər.Az

www.XALQXEBER.az » Cəmiyyət » İşdən çıxarılan polis rəisinin yerinə təyinat oldu - ƏMR

İşdən çıxarılan polis rəisinin yerinə təyinat oldu - ƏMR

İşdən çıxarılan polis rəisinin yerinə təyinat oldu - ƏMR
18-09-2020, 10:51

Daxili işlər orqanlarında yeni kadr təyinatı olub.

Bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Səbail Rayon Polis İdarəsinin (RPİ) 9-cu Polis Bölməsinin (PB) rəisi, polis polkovniki Elsevər Qədirov vəzifədən azad edilərək, Xətai RPİ-nin 37-ci Polis Şöbəsinin (PŞ) rəisi təyin olunub.

Qeyd edək ki, bir neçə gün əvvəl Daxili İşlər naziri, general-polkovnik V.Eyvazovun müvafiq əmri ilə Xətai RPİ-nin 37-ci PŞ-nin rəisi Lətif Cahangirov işdən çıxarılıb.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.