SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » DİN Daxili Qoşunlarının Ali Hərbi Məktəbinə əlavə kursant qəbulu elan edilir

DİN Daxili Qoşunlarının Ali Hərbi Məktəbinə əlavə kursant qəbulu elan edilir

Tarix:

9-09-2020, 14:54

/ 1 076 dəfə oxundu.
DİN Daxili Qoşunlarının Ali Hərbi Məktəbinə əlavə kursant qəbulu elan edilir

Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Ali Hərbi Məktəbinə əlavə kursant qəbulu elan edilir.

Bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.

Bildirilib ki, müsabiqədə Daxili İşlər Nazirliyinin Polis Akademiyasına qəbul olmaq üçün mandatdan keçib III ixtisas qrupu üzrə imtahan verən, lakin test imtahanının nəticəsinə əsasən, müsabiqədən keçməyən 200 və daha yuxarı bal toplayan abituriyentlər iştirak edə bilərlər.

Müsabiqədə iştirak etmək istəyən abituriyentlər 9-11 sentyabr 2020-ci il tarixlərində Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Baş İdarəsinə müraciət etməlidirlər.

Şərhlər

XƏBƏR LENTİ