XalqXəbər.Az

www.XALQXEBER.az » Cəmiyyət » Mehdiyevin kürəkəni qisasa başlayır - GƏLİŞMƏ

Mehdiyevin kürəkəni qisasa başlayır - GƏLİŞMƏ

Mehdiyevin kürəkəni qisasa başlayır - GƏLİŞMƏ
8-09-2020, 12:57

Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA prezidenti Ramiz Mehdiyevin kürəkəni, keçmiş millət vəkili İlham Əliyevin ötən gün mediaya verdiyi açıqlama geniş müzakirəyə çevrilib.

Onun ictimaiyyətə verdiyi mesajlarda diqqətimi çəkənləri qeyd edim:

Dedi ki:

1. Pandemiya şəraitində qadağan olunmasına baxmayaraq, qızına etdiyi toydan yayılan görüntüləri nəzərdə tutub deyir ki, bu videonu çəkən və yayan Aysel Teymurzadədir, məqsəd Mehdiyevi nüfuzdan salmaqdır, sabotajdır. Söz verir ki, bu məsələni araşdıracam.

Yəni toy etdiyinə görə, qanunları pozduğuna görə, dövlətin qaydalarına qarşı getdiyinə görə üzrxahlığı, ağlaması görüntüdür, əsas məsələ videonu yayan xəyanətkardır.

2. Deyir ki, bu gün kimsə dostuna xəyanət edirsə (toya dəvət edilən şəxsin video çəkib yaymasından söhbət gedir), sabah xalqına, dövlətinə də edər.

Qanunlara tüpürmək, dövləti heçə saymaq və bu video yayılanda cəmiyyətə meydan oxumaq normaldır, amma video yayıldığı üçün onun əks-effekt verməsi və nəticədə “dost”un cəzalanması xəyanətmiş.

4. Şərəfsizlik mütləq cəzalandırılmalıdır.

Özü 15 günlük cəzasını ötən gün bitirib, çıxan kimi “şərəfsiz” axtarır.

5. Jurnalistlərə karantin dərsi keçir, “sosial məsafəni qoruyun” deyir.

Karantində toy edən, xeyli qonağı maskasız, sosial məsafə gözləmədən bir yerə yığanın buna görə onu suçlayanlardan sosial məsafə tələb etməsi qədər ictimai-pozitiv bir mesaj ola bilməzdi. Sağ olsun, karantin günlərində insanların üzündən gülüşün əskik olmaması üçün hər zad edir.

Görünür, kürəkən qayınatasına bənzəyir – necə deyərlər, torpaqları bir yerdən götürülüb: harda necə addım atmaq, yanlışa görə üzr istəmək, qisasla deyil, qanunla, iddia ilə deyil, dövlətçiliklə yaşamaq, sözünün və özünün yerini bilmək yaşla deyil!

Heç inzibati həbslə də deyil… //axar.az//

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.