XalqXəbər.Az

www.XALQXEBER.az » Cəmiyyət » Baş gömrükçü BÖYÜK TƏFTİŞƏ hazırlaşır... - İDDİA

Baş gömrükçü BÖYÜK TƏFTİŞƏ hazırlaşır... - İDDİA

Baş gömrükçü BÖYÜK TƏFTİŞƏ hazırlaşır... - İDDİA
7-09-2020, 10:48

"Hazırda Dövlət Gömrük Komitəsində az qala fövqəladə vəziyyət rejimidir. Rəhbərlik ciddi şəkildə sənəd-sünədin arxasınca düşüb. Böyük yoxlama gözlənilir və belə anlaşılır ki, bütün bunlar DGK sədri Səfər Mehdiyevlə bağlı son olaraq baş verənlərlə əlaqədardır". Bu barədə DİA.AZ-a DGK-dakı mötəbər mənbə informasiya verib.

Xəbəri verən qaynaq iddia edir ki, yaxın günlərdə gömrük sisyemində total təftişin həyata keçirilməsi gözlənilir. Dia.az-a deyilənlər:

"Bütün arxiv sənədlərini yenidən araşdırırlar. Yaxşı başa düşürlər ki, yoxlama aparılacağı təqdirdə ortaya ciddi ittihamları çıxaracaq faktlar əldə edilə bilər. Ona görə də Səfər Mehdiyev qəti göstəriş verib ki, sənədlərdəki əyər-əskiklik aradan qaldırılsın".

Xatırladaq ki, hələ keçən həftə DGK-da yoxlamaların həyata keçiriləcəyi haqda informasiyalar yayılıb. İndi isə görünəni odur ki, DGK rəhbərlkiyi hansısa faktların açığa çıxacağından ehtiyat edir. Buna görə də ciddi şəkildə hazırlıq gedir...

Əlavə bilgilərimiz olacaq. Bizi izləməkdə davam edin. İddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.