SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Səfər Mehdiyev əsas rəqibini sıradan çıxarır... - İDDİA

Səfər Mehdiyev əsas rəqibini sıradan çıxarır... - İDDİA

Tarix:

17-08-2020, 15:37

/ 1 244 dəfə oxundu.
Səfər Mehdiyev əsas rəqibini sıradan çıxarır... - İDDİA

Dövlət Gömrük Komitəsinin (DGK) rəhbərliyində dəyişiklik gözlənilir. Bu barədə DİA.AZ-a DGK-dakı mənbə informasiya verib. Xəbəri verən qaynaq iddia edir ki, DGK sədri Səfər Mehdiyev dünənə qədər adı rəhbərliyə əsas iddialı kimi hallandırılan İqbal Babayevlə yollarını ayrımağa hazırlaşır.

Mənbənin dia.az-a söylədikləri: "Səfər Mehdiyev yaxşı anlayır ki, bu gün İqbal Babayev kimi bir peşəkar gömrükçü ona əsl manedəri. Ona görə də bəri başdan əsas rəqibi sıradan çıxarmağa hazırlaşır və son bir həftə ərzində İqbal Babayevi zərərsizləşdirə bilməsi üçün bütün mümkün variantlara əl atıb".

Mənbə iddia edir ki, DGK sdəri postuna namizəd olaraq adı hallanan İqabal Babayev Səfər Mehdiyevə "vallah, mənim bu postda gözüm yoxdur" deyərək inad etməsinə rəğmən yenə də rəhbər tərəfindən etimad göstərilməyən bir ünvan kimi diqqətə gəlməkdədir.

Mənbə dia.az-a bildirir: "Keçən həftə DGK akkumilyator olayı ilə bağlı silkələndi, indi isə yeni gərginlik var. Yaxın günlərdə səsi çıxacaq"...

Bizi izləməkdə davam edin. Bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

Şərhlər

XƏBƏR LENTİ