SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Mehdiyevin hesabına milyonlar qazanan deputatdan ikibaşlı açıqlama - Kimə hansı mesajlar ötürülür?...

Mehdiyevin hesabına milyonlar qazanan deputatdan ikibaşlı açıqlama - Kimə hansı mesajlar ötürülür?...

Tarix:

28-08-2020, 12:51

/ 1 051 dəfə oxundu.
Mehdiyevin hesabına milyonlar qazanan deputatdan ikibaşlı açıqlama - Kimə hansı mesajlar ötürülür?...

Milli Elmlər Akademiyasının prezidenti Ramiz Mehdiyevin karantin qaydalarını pozaraq nəvəsinə çoxsaylı qonaqların iştirakı ilə toy mərasimi keçirtməsi ilə bağlı qalmaqal davam edir.

Ötən gün mediada akademikin nəvəsinin toyunda iştirak edən edən bəzi tanınmış şəxslərin siyahısı yayılıb. Həmin siyahıda Milli Məclisin hazırkı deputatı Bəxtiyar Əliyevin də adı keçirdi. Məsələ ilə bağlı dünən Bəxtiyar Əliyev tələsik mətbuata açıqlama verib.

Deputat açıqlamasında qeyd edir ki, "Biz özümüz bunu tələb ediriksə, özümüz də pozmamalıyıq. Belə absurd şayiələri bilmirəm kim yayır. Belə şeylərə də təəccüblənmirəm. Çünki zaman-zaman haqqımızda müxtəlif həqiqətəuyğun olmayan məlumatlar, şayiələr yayılıb. Mən də açığı normal baxıram, yaysınlar da. Amma belə bir fakt yoxdur. Yəni, nə toya dəvət olunnmuşam, nə də orada iştirak etmişəm”.

Qeyd edək ki bu gün Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyevin Bakı Dövlət Universitetinin Psixologiya kafedrasının müdiri vəzifəsindən azad edilməsi ilə bağlı məlumat yayılıb. Bildirilir ki, Bəxtiyar Əliyev öz istəyi ilə işdən çıxıb.

AzFakt.com xatırladır ki, Bəxtiyar Əliyevin verdiyi açıqlama sosial şəbəkədə birmənalı qarşılanmayıb. Sosial şəbəkə istifadəçiləri, əsasəndə Ağdam sakinləri Bəxtiyar Əliyevin varidatını və mandatını qorumaqdan ötrü ikibaşlı mövqe ortaya qoyduğunu iddia ediblər. Bəxtiyar Əliyev Ramiz Mehdiyevin adını çəkmədən verdiyi açıqlaması ilə akademikə gizli mesaj göndərir ki, “mən hələ də sizə sədaqətliyəm və özümü qorumaq üçün belə açıqlama verməyə məcburəm”. Digər tərəfdən isə Bəxtiyar Əliyev Mehdiyevə qarşı olanlara mesaj ötürürür ki, “illərdir xidmət etdiyi akademiki satmağa hazırdır”.

Bildirək ki, Ağdam 118 saylı Seçki Dairəsinin 20 ildir deputatı “seçilən” Bəxtiyar Əliyev mandatını birbaşa Ramiz Mehdiyevin sayəsində əldə edib. Hakimiyyət içində hər kəs yaxşı bilir ki, Bəxtiyar Əliyev 20 illik mandatı və əldə etdiyi milyonları məhz Ramiz Mehdiyevin xidmətçisi olaraq qazanıb. Bəxtiyar Əliyev Ramiz Mehdiyevin himayəsi altında ölkəmizdə Sankt-Peterburq Xarici İqtisadi Əlaqələr, Hüquq və İqtisadiyyat İnstitutunu yaradaraq illərlə qanunsuz tələbə köçürtməsi ilə məşğul olub.

Qanunsuz tələbə köçürtməsi ilə milyonlar qazanan Bəxtiyar Əliyevin Sankt-Peterburq Xarici İqtisadi Əlaqələr, Hüquq və İqtisadiyyat İnstitutunu 2007-ci ildə Təhsil Nazirliyi güc-bəla ilə bağladı. Çünki həmin vaxt ölkədə sistemə nəzarət onun himayəçisi, daha doğrusu “xaç ata”sı Ramiz Mehdiyevin əlində idi. Məhz Ramiz Mehdiyevə güvənən Bəxtiyar Əliyev qanunsuz yaratdığı Sankt-Peterburq Xarici İqtisadi Əlaqələr, Hüquq və İqtisadiyyat İnstitutunu əldən vermək istəmirdi. Ancaq rəhbərlik etdiyi saxta ali müəsissə ilə bağlı minlərlə şikayətlərin olması və məsələnin böyüməsindən sonra deputat Təhsil nazirliyinin qərarına təsir edə bilmədi. Ramiz Mehdiyev olmasaydı Sankt-Peterburq Xarici İqtisadi Əlaqələr, Hüquq və İqtisadiyyat İnstitutuna görə Bəxtiyar Əliyev çoxdan həbsxanaya yola salınmışdı.

Xatırladaq ki, Bəxtiyar Əliyevin qanunsuz tələbə köçürülməsi əməliyyatları dayandıqdan sonra deputat Ramiz Mehdiyevə arxalanaraq Qaradağ rayonunda daş karxanaları açmışdı və bu karxana ətrafında uzun müddət qalmaqallar və məhkəmə prossesləri yaşanmışdı.

Şərhlər

XƏBƏR LENTİ