SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » İcra başçısı həbs edilən memarın yerinə onu gətirdi - TƏYİNAT

İcra başçısı həbs edilən memarın yerinə onu gətirdi - TƏYİNAT

Tarix:

27-08-2020, 13:48

/ 1 492 dəfə oxundu.
İcra başçısı həbs edilən memarın yerinə onu gətirdi - TƏYİNAT

Baş Prokurorluğun Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları Abşeron rayonunda keçirdiyi əməliyyat zamanı həbs edilən Memarlıq və tikinti Şöbə müdiri – baş memar Akif Əliyevin yerinə təyinat olub.

“MediaPost”un əldə etdiyi məlumata görə, İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova bu vəzifəyə Abdun Dadaşovu təyin edib.

Qurum rəsmisi Seymur Qasımov “MediaPost”a açıqlamasında xəbəri təsdiqləsə də, onun bu vəzifənin müvəqqəti icraçısı olduğunu deyib.

Qeyd edək ki, Abdun Dadaşov bu vəzifədən əvvəl sözügedən şöbənin Aparıcı məsləhətçisi (mühəndis) olub.

Şərhlər

XƏBƏR LENTİ