XalqXəbər.Az

www.XALQXEBER.az » Cəmiyyət » Mehriban Əliyeva onu təbrik edənlərə təşəkkür etdi

Mehriban Əliyeva onu təbrik edənlərə təşəkkür etdi

Mehriban Əliyeva onu təbrik edənlərə təşəkkür etdi
27-08-2020, 12:52

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva doğum günü münasibətilə onu təbrik edənlərin hər birinə təşəkkür edib.

Mehriban Əliyevanın İnstagram hesabında yer alan mətndə deyilir:

"Nə qədər saf, təsiredici sözlər, gözəl, xoş arzular! Bu qədər ürəkdən ifadə edilmiş hisslər! Ad günü təbriklərinə görə hamıya minnətdaram! Sevginizə, etimadınıza, hörmətinizə, diqqət və səmimiyyətinizə görə təşəkkür edirəm! Qəlbləri hərarətləndirən duyğu və sözlərinizə görə çox sağ olun! Sizin hər birinizə və doğmalarınıza möhkəm cansağlığı, xoş əhval-ruhiyyə, tükənməz sevgi və xoşbəxtlik arzulayıram!"

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.