SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Sabiq səfirin siyasi müxalifətlə əlaqələrində əsas rol oynayan qudası kimdir? - İDDİA

Sabiq səfirin siyasi müxalifətlə əlaqələrində əsas rol oynayan qudası kimdir? - İDDİA

Tarix:

21-08-2020, 09:40

/ 1 000 dəfə oxundu.
Sabiq səfirin siyasi müxalifətlə əlaqələrində əsas rol oynayan qudası kimdir? - İDDİA

Bir neçə gün öncə sabiq baş prokuror, Azərbaycanın Serbiya Respublikasında, Monteneqroda, Bosniya və Hersoqovinadakı səfiri Eldar Həsənovun həbsi ölkənin siyasi gündəmini dəyişdi. Xarici İşlər Nazirliyində aparılan islahatlardan sonra burada dəyişikliklərin olacağı gözlənilən olsa da, uzun illər siyasi hakimiyyətdə təmsil olunan və siyasi iddiaları ilə fərqlənən birisinin həbsi bir çox müəmmalar doğurdu. İlkin olaraq E.Həsənovun həbsində əsas motiv kimi büdcə vəsaitlərinin təyinatı üzrə istifadə olunmaması göstərilsə də əksər ekspertlər və siyasi analitiklər səfirin həbsində siyasi səbəblərin olduğu qənaətindədir. İyul ayında Tovuz rayonunda Ermənistanın törətdiyi təxribat zamanı E.Həsənovun səfir olduğu Serbiyanın düşmən ölkəyə silah satması ətrafında yaranan diplomatik qalmaqal da bir çox suallar doğurur.

Qeyd etdiyimiz kimi E.Həsənovun həbsinin bir çox versiyaları olduğuna baxmayaraq daha çox onun ölkədaxili siyasi qruplaşmalarla əlaqələrinin və siyasi iddialarının saxlanılmasına səbəb ola bilinəcəyi söylənilir. Verilən məlumatlara görə, sabiq səfir ölkənin aparıcı müxalif qüvvələri ilə əlaqədə olub və istər ölkə daxilində, istərsə də xaricdə fəaliyyət göstərən müxalifətçilərə fəal maliyyə dəstəyi göstərib. Eldar Həsənovun xaricdəki mühacir mediasının maliyyələşməsində adının hallandığını nəzərə alsaq, onun daha sərt ittihamlarla üz-üzə qalacağı və həbslərin davam edəcəyi istisna edilmir. Sabiq səfir güclü maliyyə rıçaqlarına malik biri hesab olunur və onun özünün və yaxın ətrafının güclü biznes şəbəkəsi mövcuddur. İstər ölkə daxilində, istərsə də xaricdə E.Həsənova bağlı olan böyük şirkətlər fəaliyyət göstərir ki, onların illik dövriyyəsi milyonlarla ölçülür. Məhz belə güclü maliyyə dayaqlarına malik olması onun siyasi hakimiyyətə iddia etməsinə və müxalif qüvvələrlə əlaqələrinin yaranmasına əsas kimi göstərilir.

Rubrika.Az-a verilən məlumatlara görə, E.Həsənovun Azərbaycanda əsas maliyyə dayaqlarından və müttəfiqlərindən biri qudası, "Bakı Şərab-2" ASC-nin rəhbəri Rabil Hüseynov hesab olunur. Rabil Hüseynovun sabiq səfirin əsas maliyyə qaynağı olmaqla bərabər siyasi müxalifətlə əlaqələrində və maliyyə transferlərində mühüm rol oynadığı qeyd edilir.

Xatırladaq ki, E.Həsənovun yaxınlarının nəinki Azərbaycanda,eləcə də Türkiyədə spirtli içkilər istehsalı biznesinin olması barədə mediada əvvəllər də məlumatlar verilib. Bildirilir ki, şirkəti Bəhruz Əsədbəyli, sabiq baş prokuror Eldar Həsənovun qohumları Ceyhun Bəylərov, Elmir Paşayev və Fuad Quliyev təsis edib.
“2006-cı ilin 24 avqustunda Tekirdağ bölgəsində qurulan və əsasən spirtli içkilər istehsal edən Rags alkoqollu içkilər zavodu Türkiyə bazarında ciddi iştirak payına sahibdir”. 27 milyon dollar civarında sabit investisiyaya malik RAGS ALKOLLÜ İÇECEKLER SANAYİ VE TİCARET ANONİM ŞİRKETİ-nin təsisçiləri Azərbaycan vətəndaşlarıdır. Şirkət Kırklareli vergi dairəsində 7340876728 saylı vergi nömrəsi ilə qeydiyyatdan keçirilib.
Türkiyə Rəsmi Gazetesinin 2 may 2008-ci il məlumatına görə, fabrik illik 3 milyon litr araq və 7.5 milyon litr rakı istehsal etmək gücünə sahibdir. 450 civarında işçisi var.

2017-ci ilə qədər "Bakı Şərab-2" ASC-nin rəhbəri, Eldar Həsənovun qudası Rabil Hüseynov da şirkətin rəsmi ortaqlarından olub. Türkiye Sicili Gazetesinda yer alan məlumata görə, 2017-ci ilin 27 dekabr tarixində Beşiktaş 25 saylı notariusda təsdiqlənmiş 42182 saylı etbarnamə ilə Eldar Həsənovun qudası ona məxsus 10500 səhmlik payını 10 milyon 500 min lirəyə (o zamankı kursla təxminən 3 milyon dollar) Əkbər Fərəcova satıb.

Xatırladaq ki, hələ 2015-ci ildə Vergilər Nazirliyi R.Hüseynovun rəhbərlik etdiyi ASC-ni vergi borcunu ödəməyən müəssisələr siyahısına daxil etmişdi.
Göründüyü kimi, qohumluqdan əlavə sıx biznes əlaqələrinə malik olan E.Həsənov və R.Hüseynlinin birgə fəaliyyəti uzun illərin dostluğuna söykənir. Odur ki, R.Hüseynlinin sabiq səfirin siyasi müxalifətlə əlaqələrində əsas fiqurlardan biri kimi göstərilməsi səbəbsiz sayıla bilməz. Yəqin ki, hüquq-mühafizə orqanları faktları daha dərindən araşdırırlar və yaxın zamanlarda bütün müəmmalara aydınlıq gətiriləcək. Yəqin ki, o zaman oturduğu budağı baltalayan çoxlarının kimliyi üzə çıxacaq.

PS. Qarşı tərəflə əlaqə saxlamağa çalışsaq da alınmadı. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Şərhlər

XƏBƏR LENTİ