SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Səfirin günahı nədir? - Eldar Həsənovun həbsinin pərdəarxası məqamları...

Səfirin günahı nədir? - Eldar Həsənovun həbsinin pərdəarxası məqamları...

Tarix:

14-08-2020, 14:07

/ 1 781 dəfə oxundu.
Səfirin günahı nədir? - Eldar Həsənovun həbsinin pərdəarxası məqamları...

Eldar Həsənovun həbsi hansı nəticələrə səbəb ola bilər və XİN-də böyük təmizləmə gözlənilirmi?...

Politoloq: “Eldar Həsənov o zaman da Azərbaycanda siyasətin vacib fiqurlarından biri olub, bu indi də belədir”.

“Ola bilər ki, onunla bağlı heç həbs qərarı da verilməsin. Yəni ola bilər ki, bəzi məsələlər araşdırılsın və saxlanılma ilə bağlı prosedur qısa müddətdə bitsin”.

Bu sözləri politoloq Mübarizə Əhmədoğlu dünən həbs edilən səfir Eldar Mahmudovun həbsinin səbəblərini PİA.az-a şərh edərkən qeyd edib.

Məlumat verildiyi kimi, dünən Elgar Həsənov DTX tərəfindən saxlanılıb. Qurumun yaydığı məlumatda bildirilir ki, maliyyə yoxlamaları zamanı Azərbaycan Respublikasının Serbiya Respublikasında, Monteneqroda, Bosniya və Hersoqovinadakı səfiri Həsənov Eldar Hümbət oğlu tərəfindən xeyli miqdarda büdcə vəsaitinin təyinatı üzrə istifadə edilməməsi və digər qanun pozuntularının törədilməsinə dair əsaslı şübhələr müəyyən edilib. Aparılan istintaq çərçivəsində Eldar Həsənov şübhəli şəxs qismində tutulub.

Qeyd edək ki, səfirin həbsi müşahidəçilər tərəfindən heç də birmənalı qarşılanmayıb. Lakin bütün müşahidəçilər Həsənovun maliyyə pozuntularına görə həbsini imkansız olaraq görür və bu həbsin arxasında siyasi səbəblərin olduğundan əminliklərini ortaya qoyurlar. Çünki Eldar Həsənov Azərbaycan siyasətinin alt qatında hər zaman ciddi bir fiqur kimi hiss edilirdi və onun Rusiya ilə ciddi əlaqələri yerli mətbuat tərəfindən də zaman-zaman qabardılırdı. Maraqlıdır ki, bu həbsi BBC-yə şərh edən tanınmış vəkil və ictimai fəal Aslan İsmayılov Azərbaycanın Rusiyadan uzaqlaşmaq cəhdi kimi qiymətləndirib.

Mövzunu PİA.az-ın əməkdaşı Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu ilə müzakirə edib.

Mübariz Əhmədoğlu: “Son dövrdə hiss olunur ki, kənardan kimsə Azərbaycanın daxili siyasətinə müdaxilə edib”.

Eldar Həsənovun potensialından Azərbaycan dövlətçiliyinin daha da güclənməsi istiqamətində istifadə olunmalı olduğunu düşünən politoloq PİA.az-a açıqlamasında əlavə edib ki, son zamanlar Azərbaycanın daxili siyasətinə kənardan müdaxilə olunduğu hiss edilir və istər-istəməz Azərbaycan kimi həssas regionda bu müdaxilələr öz izlərini qoyurlar. Politoloqa görə bir çox məsələlərə də aydınlıq gətirilmilidir:

“Rəsmi şəkildə bildirildiyi kimi, Eldar Həsənovun həbsinə XİN-də, səfirlikdə yol verdiyi maliyyə qüsurları səbəb ola bilər. Belə qüsurların olması gözləniləndir. Bildiyimiz kimi Eldar Həsənov 20 ildir ki, səfir vəzifəsindədir və eyni regiondadır. O səfir təyin edilənə qədər də baş prokuror idi. Yəni gözləniləndir ki, onun işlədiyi 3-4 ölkədə keçirilən yoxlamada özü, ya maliyyəyə məsul əməkdaşları səhv etsin. Bu səhv də qanun pozuntusu kimi qiymətləndirilə bilər.

Amma onu da qeyd edim ki, bu həbsdə əlavə nüanslar nəzərə alınmalıdır. Eldar Həsənov Heydər Əliyevin dövründə baş prokuror oldu. Eldar Həsənov o zaman da Azərbaycanda siyasətin vacib fiqurlarından biri olub, bu indi də belədir. Məlumdur ki, bütün dünyada olduğu kimi, Azərbaycanda da həm daxildə, həm də xaricdə gizli siyasi axınlar var. Eldar Həsənov də o axınlara qarşı bəzən bir mövqedə, bəzən də digər mövqedə olurdu. Baş prokuror olduğu zamanda da siyasətə müdaxilə etdiyinə görə Azərbaycanın daxilindən uzaqlaşdırıldı.
Son dövrdə də hiss olunur ki, kənardan kimsə, ya da kimlərsə Azərbaycanın daxili siyasətinə müdaxilə edir. Həmçinin də Azərbaycanın daxilində elə qüvvələr var ki, onların gücləri xaricdən qaynaqlanır. Ona görə də Eldar Həsənovun da həbsində həm daxili, həm də xarici əlamətlər görünür.

Mübariz Əhmədoğlu: “Eldar Həsənovun potensialından Azərbaycan dövlətçiliyinin daha da güclənməsi istiqamətində istifadə olunmalıdır”.

Eldar Həsənov bəlli regionun təmsilçisidir. Amma o heç vaxt özünü region təmsilçisi kimi aparmayıb. Amma məlumdur ki, Yaxın Şərqdə hal-hazırda kürd faktoru aparıcı faktordur. ABŞ-da hesab edir ki, bütün Yaxın Şərqi idarə etmək üçün kürd faktoru ilə hesablaşmalısan. Rusiya da vaxtilə itirdiyi kürd torpaqlarını bərpa etmək istəyir. Bir müddət əvvəl birdən-birə bizim ölkədə də bir qrup laçınlı qaçqaın Türkiyə səfirliyinə müraciət etdi və siyasi sığınacaq istədilər. Yəni bunlar istər-istəməz Azərbaycan kimi həssas regionda yerləşən dövlətin baş siyasətçilərini qayğılandıran məsələdir. Yaxşı olar ki, bu məsələlərə də aydınlıq gətirilsin.

Mən Eldar Həsənovu dövlətçi kimi və Heydər Əliyevə sadiq adam kimi tanımışam. Buna görə də mən, indi prezidentə demək istərdim ki, Eldar Həsənovun Heydər Əliyevin dövründə vacib tapşırıqları yerinə yetirdiyindən məlumatlıyam. Ola bilər ki, onunla bağlı heç həbs qərarı da verilməsin. Yəni ola bilər ki, bəzi məsələlər araşdırılsın və saxlanılma ilə bağlı prosedur qısa müddətdə bitsin.

Hesab edirəm ki, Eldar Həsənovun potensialından Azərbaycan dövlətçiliyinin daha da güclənməsi istiqamətində istifadə olunmalıdır”.

Şərhlər

XƏBƏR LENTİ