SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Səfirin həbsində Cavid Qurbanov izi... - ŞOK İDDİA

Səfirin həbsində Cavid Qurbanov izi... - ŞOK İDDİA

Tarix:

14-01-2021, 10:33

/ 789 dəfə oxundu.
Səfirin həbsində Cavid Qurbanov izi... - ŞOK İDDİA

44 günlük müharibə xalqın bütün diqqətini Qarabağ döyüşlərinə köklədiyindən cəmiyyətin marağında olan digər ictimai-siyasi hadisələr bu müddətdə faktiki olaraq arxa plana keçmişdi. Belə məsələlərdən biri də Azərbaycanın Serbiyadakı keçmiş səfiri, keçmiş Baş prokuror Eldar Həsənovun həbsidir.

Müharibə bitib və tədricən ölkə mətbuatında Eldar Həsənovla bağlı məlumatlar yer almağa başlayıb. Buna səbəb həm də eyni maddə ilə ittiham olunaraq həbs edilən Xarici İşlər nazirliyi İşlər idarəsinin sabiq müdiri Fərhad Mollazadənin bu günlərdə ev dustaqlığına buraxılması, amma Eldar Həsənovun hələ də həbsdə saxlanmasıdır. İlk baxışda nazirliyə ayrılan dövlət vəsaitini mənimsəmə maddəsi ilə ittiham olunan səlahiyyətli şəxsin əməli daha iri miqyaslıdır, nəinki bir kiçik səfirliyin rəhbərinin. Belə çıxır ki, bütün baş verənlər Eldar Həsənovun həbsinə zəmin yaratmaq üçün olub.

Başqa bir məqam isə bu günlərdə hakimiyyətin yuxarı eşalonundan olan ən etibarlı mənbədən əldə etdiyimiz məlumatla bağlıdır. Məlumata görə Eldar Həsənovun həbsində onun bir həmyerlisinin çox böyük rolu olmuşdur. Mənbə həmyerlinin adını çəkməsə də hakimiyyətə yaxınlığı ilə tanınan həmyerlinin Cavid Qurbanov olduğu şübhə yaratmır. Son bir ildə “həmyerli” "yuxarılara" Eldar Həsənov barəsində daim yalan-yalnış məlumatlar çatdıraraq onun haqqında mənfi fikir formalaşdırmaqla həbsinə zəmin hazırlamışdır. Daha doğrusu, guya E.Həsənovun siyasətlə məşğul olması, müxalifətdə olan şəxslərlə əlaqədə olması və hakimiyyətə gəlmək üçün çalışması barədə informasiyalar çatdırmaqla yanlış fikir formalaşdırmağa nail olmuşdur.

Başqa bir məlumata əsasən 2 fevral 2020-ci ildə Brüsseldə diplomatik missiyanın fəaliyyətinə həsr olunmuş toplantıda Eldar Həsənovun XİN-in fəaliyyətini sərt şəkildə tənqid etməsi faktınını da İlham Əliyevlə qərəzli və yanlış interpresiyada çatdırıldığı deyilir. //azadliq.info//

Şərhlər

XƏBƏR LENTİ