XalqXəbər.Az

www.XALQXEBER.az » Cəmiyyət » Cəbhəçi gənc azadlığa çıxdı

Cəbhəçi gənc azadlığa çıxdı

Cəbhəçi gənc azadlığa çıxdı
18-08-2020, 10:01

Fətullah Gülən camaatının üzvü olmaqda təqsirləndirilən AXCP üzvü azadlığa çıxıb.

4 il azadlıqdan məhrumetmə cəzası alan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Fuad Əhmədlinin cəzası başa çatdığı üçün bu gün azadlığa buraxılıb.

Bildirək ki, Fuad Əhmədli 2016-cı il avqustun 18-də saxlanılıb.

Dövlət Təhlükəsizlik Xidməti və Baş Prokurorluq tərəfindən yayılan rəsmi məlumatda bildirilir ki, F.Əhmədli “Azərfon” MMC-də çalışdığı müddətdə abonentlərin şəxsi məlumatlarını üçüncü şəxsə ötürüb.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.