SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Tanınmış aparıcıya nazirlikdə VƏZİFƏ VERİLDİ

Tanınmış aparıcıya nazirlikdə VƏZİFƏ VERİLDİ

Tarix:

11-08-2020, 12:47

/ 1 084 dəfə oxundu.
Tanınmış aparıcıya nazirlikdə VƏZİFƏ VERİLDİ

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsinə Murad Həşimov təyin olunub.

Bu barədə Agentliyin İdarə Heyətinin sədri Vüqar Behbudov əmr imzalayıb. O, daha əvvəl “Mədəniyyət” kanalında “Xəbərlər”, “İnterAz” televiziyasında “Səhər xəbərləri” proqramlarının, “Araz” FM radiosunda “Səhər” buraxılışının aparıcısı işləyib. Son təyinata qədər isə ARB TV-də "Yaşamaq Gözəldir" və "Günə Doğru" proqramlarının aparıcısı idi.

Ötən il televiziya sahəsində fəaliyyətinə görə dövlət başçısı tərəfindən "Tərəqqi" medalı ilə təltif olunub.

Şərhlər

XƏBƏR LENTİ