Keçmiş aparıcı Şəfa Mehmanqızıya yeni vəzifə veriilib.
O, “SOCAR Capital”ın İctimaiyyətlə əlaqələr üzrə koordinatoru təyin olunub.
Xatırladaq ki, Şəfa Mehmanqızı əvvəllər "Xəzər TV-də aparıcı olub. O, sonradan Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri, bundan sonra Azərbaycan Nəqliyyat Nazirliyi Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri işləyib.