SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Elmar Məmmədyarovun etimad göstərdiyi FK-lar kimdir? - SİYAHI

Elmar Məmmədyarovun etimad göstərdiyi FK-lar kimdir? - SİYAHI

Tarix:

6-07-2020, 15:54

/ 3 208 dəfə oxundu.
Elmar Məmmədyarovun etimad göstərdiyi FK-lar kimdir? - SİYAHI

Vyana Konvensiyasına görə əgər hər hansı bir ölkə digərinə Fəxri Konsul göndərirsə onların etimadnaməsini həmin ölkənin Xarici İşlər Nazirləri qəbul edir.

Azərbaycandakı Fəxri Konsullarla bağlı məsələ dəfələrlə mətbuatın müzakirə mövzusuna çevrilib. Dolaşan iddialara görə Fəxri Konsul adı almaqda maraqlı olanlar öncədən müəyyən sövdələşmədən keçirlər.

Sfera.az mövzunun aktuallığını nəzərə alaraq son illər ərzində XİN rəhbəri kimi Elmar Məmmədyarovun etimad göstərdiyi bir neçə Fəxri Konsulun adlarını qeyd edir:

1. Anar Məmmədov - Makedoniyanın Azərbaycandakı Fəxri Konsulu (Keçmiş Nəqliyyat Naziri Ziya Məmmədovun oğlu)
2. Kənan Məmmədov - Xorvatiyanın Azərbaycandakı Fəxri Konsulu ("Hafka" ləqəbli iş adamı Hafiz Məmmədovun oğlu)
3. Mais Mənsimov - Türkiyənin Lənkərandakı Fəxri Konsulu (Palmali Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimovun qardaşı)
4. Murad Rəhimov - Portuqaliyanın Azərbaycandakı Fəxri Konsulu (Gənclər və İdman Naziri Azad Rəhimovun qardaşı)
5. Rasim Qasımov - San Marinonun Azərbaycandakı Fəxri Konsulu
6. Ceyhun Ələkbərov - Efiopiyanın Azərbaycandakı Fəxri Konsulu (Efiopiyadan kofe ticarəti ilə məşğul olduğu bildirilir. Parlament seçkilərində iştirak etmiş, daha sonra namizədliyini geri götürmüşdür)

Fəxri Konsullar Azərbaycanda "FK" seriyalı qırmızı rəngli avtomobil qeydiyyat nişanlarından istifadə edir.

Qeyd edilən insanların əsasən zəngin adamlardan seçilməsi diqqəti xüsusi ilə cəlb edir.

Mövzuya yenidən qayıdacağıq.

Şərhlər

XƏBƏR LENTİ