XalqXəbər.Az

www.XALQXEBER.az » Cəmiyyət » Cavid Qurbanova BÖYÜK ZƏRBƏ - İDDİA

Cavid Qurbanova BÖYÜK ZƏRBƏ - İDDİA

Cavid Qurbanova BÖYÜK ZƏRBƏ - İDDİA
24-06-2020, 16:20

Yerli KİV-dən Dövlət Gömrük Komitəsinin (DGK) ləğv edilərək İqtisadiyyat Nazirliyinə birləşdiriləcəyi haqda informasiyaların getdiyi bir ərəfə daha bir dövlət idarıəsinin ləğvindən danışılır. Belə ki, DİA.AZ-a bilgili qaynaqların verdiyi xəbərə görə, yaxın günlərdə “Azərbaycan Dəmir Yolları” QSC-nin ləğv edilərək Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə birləşdirilməsi gündəmə gətirilib.

Mənbə iddia edir ki, bu, son günlər ADY-dəki böyük yeyintilərlə də bağlıdır:

"Məlumdur ki, ADY ətrafında böyük maliyyə maxinasiyalarının həyata keçirildiyi iddia olunur. Bu faktlar araşdırılmaqdadır. Yaxın günlərdə konkret dəlillər ortaya çıxarılacaq. Bundan sonra sərt rərarlar verilə bilər. Hətta ADY-nin ləğv edilərək Ramin Quluzadənin tabeçiliyinə verilməsi də gözləniləndir".

Əlavə bilgilərimiz olacaq. Bizi izləyin...

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.