Xəbər verdiyimiz kimi, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Preventiv tədbirlər və təhqiqat idarəsinin rəisi, baş ədliyyə müşaviri Məmmədov Heydər Vidadi oğlu Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəis müavini vəzifəsinə təyin olunub.
Oxu.az-a istinadən Azərbaycan Respublikası Baş prokurorunun müavini Heydər Vidadi oğlu Məmmədov haqqında bəzi məlumatları oxuculara təqdim edirik:
Məmmədov Heydər Vidadi oğlu 1986-cı ildə Bakı şəhərində anadan olmuş, 2006-cı ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini hüquqşünaslıq ixtisası üzrə bitirmişdir.
2008-ci ildən etibarən prokurorluq orqanlarına işə qəbul olunaraq, Bakı şəhər prokurorluğunda, Bakı şəhəri Nəsimi, daha sonra Nizami rayon prokurorluqlarında müstəntiq vəzifəsində işləmişdir.
2012-2014-cü illərdə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Preventiv tədbirlər və təhqiqat idarəsində prokuror, böyük prokuror vəzifələrində işləmişdir.
2017-ci ildən H.Məmmədov Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Təşkilati və informasiya təminatı idarəsini rəisi, 2019-cu il tarixdən isə həmin Baş İdarənin Preventiv tədbirlər və təhqiqat idarəsinin rəisi vəzifələrində çalışmışdır.
17.02.2020-ci ildən H.Məmmədov Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəis müavini vəzifəsinə təyin olunmuşdur.
Heydər Məmmədov Azərbaycan Respublikası Prezidentinin 28 sentyabr 2018-ci il tarixli Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilmişdir, həmçinin prokurorluqda qüsursuz xidmətə görə Azərbaycan Respublikası Baş prokurorunun müvafiq əmrləri ilə dəfələrlə mükafatlandırılmışdır.
Ailəlidir. İki övladı var.