Bakının yeni prokuroru kimdir? - FOTO
Xəbər verdiyimiz kimi, Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəis müavini İlqar Abbasov baş prokuror Zakir Qaralovun əmri ilə tutduğu vəzifədən azad edilərək Bakı şəhər prokuroru təyin edilib.
Naxçıvan şəhərində anadan olmuş 44 yaşlı İlqar Abbasov bu təyinata qədər müxtəlif vəzifələrdə çalışıb. O, daha əvvəl Naxçıvan Muxtar Respublikasında, Lənkəran və Səbail rayon prokurorluqlarında işləyib. Bundan sonra Baş Prokurorluğun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsində çalışan İ.Abbasov baş prokurorun köməkçisi vəzifəsinə yüksəlib. 2009-cu ildən etibarən Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəis müavini vəzifəsində çalışan İ.Abbasova 2014-cü ildə III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi (ədliyyə general-mayoru) verilib.
İ.Abbasovun atası Rza Abbasov da bir sıra dövlət vəzifələrində çalışıb, hazırda təqaüddədir.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək