Əhvalınızı bir anda düzəldəcək 4 ADDIM
Həyat enerjinizin tamamilə tükəndiyini hiss etdiyiniz bəzi günlər var. Bir an əvvəl bitsin istədiyiniz, xəyal gücünüzün belə sizi tərk etdiyi, kimsəyə tab gətirə bilmədiyiniz o günlər... Bax, o günlərdə əhvalınızı müsbətə doğru dəyişdirmək üçün bu məsləhətlərinə əməl edin.
Daha çox musiqi
Əlbəttə ki, hər əhvala uyğun musiqi növü var, amma belə zamanlarda yüksək templə musiqi dinləmək lazımdır. Yüksələn nəbziniz və ürək döyüntünüz sizə lazımi enerjini verəcək. Hətta bir az da rəqs etsəniz, pis olmaz. Tamamilə əla fikirdir!
Enerji demişkən...
Pozitiv enerjiyə malik dostlar və söhbətlər də bu kritik günlərdə çox vacibdir. Gecə-gündüz enerjisi bitməyən o dostunuzla bir az çox vaxt keçirin. Əhvalınızın çox qısa zamanda dəyişəcəyinə söz veririk!
Kəşfiyyata çıxmaq
Etməli olduğunuz fotoaparatınızı götürüb küçələrə düşməkdir. Fərqli dünyaları kəşf edin. Bitkilərin, həşəratların şəkillərini çəkin. Ya da heç getmədiyiniz bir yerə gedib küçələrdən görüntülər lentə alın.
Yaxşı bir film
Sizi olduğunuz dünyadan qoparıb başqa bir dünyaya aparacaq bir şey daha var. Bir film salonu. İzləmək istədiyiniz filmi seçin və oturacağa əyləşin. Budur, əhvalınız yüksəlməyə başladı artıq!

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır