SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının TGT-lərlə iş departamentinin direktor müavini, Nərimanov rayonun fəal gənci Şəfiqə Hənifəyeva:

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının TGT-lərlə iş departamentinin direktor müavini, Nərimanov rayonun fəal gənci Şəfiqə Hənifəyeva:

Tarix:

21-05-2020, 19:01

/ 3 209 dəfə oxundu.
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının TGT-lərlə iş departamentinin direktor müavini, Nərimanov rayonun fəal gənci Şəfiqə Hənifəyeva:

Azərbaycan Respublikasının Prezidenti və Qoşulmama Hərəkatının sədri cənab İlham Əliyevin təşəbbüsü ilə 2020-ci il mayın 4-də Qoşulmama Hərəkatının koronavirusa qarşı mübarizə üzrə Təmas Qrupunun videokonfrans vasitəsilə Zirvə görüşü keçirilmişdir.
Zirvə görüşündə Əfqanıstan, Əlcəzair, Misir, İndoneziya, İran, Kuba, Nigeriya, Pakistan, Cənubi Afrika Respublikası, Fələstin, Türkmənistan, Venesuela, Nikaraqua, Efiopiya, Hindistan, Malayziya, Vyetnam, Qana, Küveyt, Mərakeş, Səudiyyə Ərəbistanı və digər ölkələrin prezidentləri, baş nazirləri və xarici işlər nazirləri, eləcə də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxış etmişlər.
Həmçinin, aprelin 10-da videokonfrans vasitəsilə keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) koronavirus pandemiyası ilə mübarizə mövzusuna həsr olunmuş fövqəladə Zirvə görüşündə çıxışı zamanı cənab Prezident haqlı olaraq vurğuladı ki, “pandemiyanın ilk günlərindən etibarən bəzi ölkələr və beynəlxalq təşkilatların koronavirus qarşısında çaşqın qalmasının, özünəqapanma yolunu seçməsinin şahidi olduq”.
Belə bir təhlükənin hər kəsin qapısını döydüyü və multilateralizmin demək olar ki, can verdiyi şəraitdə belə, Prezident İlham Əliyev nümunəvi addım ataraq pandemiyaya yalnız qlobal əməkdaşlıq və həmrəylik sayəsində qalib gəlməyin mümkünlüyünü dünyaya nümayiş etdirdi.
Ard arda keçirilən beynəlxalq konferanslar zamanı Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom çıxışında ölkə başçısına müraciət edərək təhlükəli virusla mübarizədə çox ölkələrə nümunə olacaq tədbirlər görməyi bacarmış bir dövlət başçısının bu addımı onun mənəvi zənginliyinin, böyüklüyünün göstəricisi olduğunu bildirərək videokonfrans vasitəsilə pandemiya ilə mübarizədə yaxından iştirakına görə Azərbaycan hökumətinə və xalqına minnətdarlığını bildirdi.
Qeyd edim ki, koronavirusun yayıldığı ilk günlərdən Azərbaycan yardıma ehtiyacı olan ölkələrə köməklik göstərir.
Azərbaycan Respublikası ÜST-ə koronavirusla mübarizədə maliyyə vəsaiti ayırıb: "Bu vəsait ÜST tərəfindən koronavirusla mübarizədə çətinlik çəkən ölkələrə göndəriləcək. Qonşu İran, Qırğız, Xorvatiya, Pakistan, Serbiya respublikasına artıq maliyyə yardımı göstərilib.
Bütün dünyanı əhatə edən bu bəladan qurtulmağın yolunun birlik olduğunu bildirən ölkə rəhbəri virus qonşu ölkələrdə özünü göstərdiyi ilk vaxtlarda artıq fövqəladə tədbirlər planını başlatmış, əhalinin psixoloji və maddi zərərini minimuma endirmək üçün əmrlər imzalamışdır.
Azərbaycanda dövlət dəstək proqramlarının ümumi həcmi 2,5 milyard manat təşkil edir ki, bu da Azərbaycanın ÜDM-nin 3%-i deməkdir. Pandemiya ilə mübarizədə nə MDB məkanında, nə regionda iqtisadiyyatın həcminə görə bu həcmdə dəstək paketi hələ ki, yoxdur. Regional iqtisadiyyatların həcmi baxımından ayrılan vəsaitin ÜDM-ə nisbətinə görə Azərbaycan liderdir.
Məsələn, çoxsaylı insan tələfatına baxmayaraq İtaliya və İspaniyanın pandemiya ilə mübarizəyə ayırdığı maliyyə vəsaiti ÜDM-nin 1%-i deyil.Həmçinin ölkə daxili fikir ayrılıqları və narazılıqlar hazırki vəziyyətə mənfi təsir göstərir.
Bir daha gördük ki, ölkə rəhbəri və xalq bu mübarizədə bir yumruq kimi birləşərək uğurlu nəticə əldə etmişdir.
Dəyərli soydaşlarım, göstərilən bu birlik təqdirə layiqdir. Yalnız hələ də təhlükə davam edir. Hər birimiz sonuna kimi vətəndaşlıq vəzifələrimizi layiqincə yerinə yetirib özümüzün, ailəmizin və ölkəmizin gələcəyini qorumalıyıq. Gəlin bir olaq, biz birlikdə güclüyük!

Şərhlər

XƏBƏR LENTİ