SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Ölkəmizin dünyadakı nüfuzu Prezident İlham Əliyevin xarici siyasətinin, Respublikanın bütün sahələrində qazandığı uğurlarının məntiqi nəticəsidir

Ölkəmizin dünyadakı nüfuzu Prezident İlham Əliyevin xarici siyasətinin, Respublikanın bütün sahələrində qazandığı uğurlarının məntiqi nəticəsidir

Tarix:

3-06-2020, 17:16

/ 1 314 dəfə oxundu.
Ölkəmizin dünyadakı nüfuzu Prezident İlham Əliyevin xarici siyasətinin, Respublikanın bütün sahələrində qazandığı uğurlarının məntiqi nəticəsidir

Azərbaycan Turizm və Menecment Universitetinin Tələbə-Gənclər Təşkilatının sədri, Nərimanov rayonun fəal gənci Rəşid Məmmədov:
Əvvəla onu qeyd etmək istərdim ki, son illərdə gedən proseslərə nəzər salsaq, prinsip etibarilə tam qətiyyətlə demək olar ki, Qoşulmama Hərəkatının üzvü olan yüzdən çox ölkənin dövlət və hökümət başçılarının görüş yeri kimi məhz Bakının seçilməsi Prezident İlham Əliyevin başda olmaqla ölkə rəhbərliyinin ölçülüb biçilmiş və tarazlaşdırılmış, Azərbaycan xalqının milli maraqlarına əsaslanaraq xarici siyasətin, respublikanın bütün sahələrində qazandığı uğurların məntiqi nəticəsidir.
Mövcüd vəziyyətlə əlaqədar olaraq Azərbaycan Respublikasının Prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri İlham Əliyevin təşəbbüsü ilə aprelin 10-da Türk Şurasının videokonfrans vasitəsilə Fövqəladə Zirvə Görüşü Keçirilib. Onlayn formada keçirilən Zirvə Görüşü mahiyyət etibarilə koronavirus (COVİD-19) pandemiyası ilə mübarizəyə həsr olunub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zirvə Görüşündə çıxış edib. Mən də sizinlə cənab Prezidentin çıxışından bir hissəni bölüşmək istəyirəm.
“Hörmətli cənablar, bildiyiniz kimi, keçən ilin Oktyabrında Türkdilli Dövvlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşü Bakıda Keçirildi. Azərbaycan bu zirvə görüşündə sədrliyi öz üzərinə götürdü. Dərhal Azərbaycan sədr ölkə kimi fəaliyyətə başladı. Sədrlik etdiyimiz dövrdə dünyada təşkilatın nüfuzunun daha da artırılması, ölkələrimiz arasında əməkdaşlıq əlaqəsinin daha da möhkəmləndirilməsi istiqamətində səylər göstəririk.
Koronavirus xəstəliyi sərhəd tanımayaraq dünya boyunca yayılmış və faciəvi nəticələrə gətirib çıxarmışdır. Pandemiya səbəbindən ölkələrimizdə və dünyada həyatını itirənlərə rəhmət diləyir, onların yoluxanlarına başsağlığı verir və yoluxanların tezliklə şəfa tapmasını arzulayıram
Koronavirus pandemiyası qlobal təhlükə olduğu üçün qlobal cavab tələb edir. Pandemiyanın ilk günlərindən etibarən bəzi ölkələr və beynəlxalq təşkilatların koronavirus qarşısında çaşqın qalmasının, özünəqapanma yolunu seçməsinin şahidi oluruq Pandemiyanın dünyanı bürüdüyü indiki şəraitdə dünyanın həmrəliynə və əməkdaşlığa ehtiyac vardır”
Prezident İlham Əliyev çıxışının əvvəlində də keçən ilin oktyabrında Türkdilli Dövlətlərin Əməkdaşlıq Bürosunun VII Zirvə Görüşünün Bakıda keçirildiyini bir daha qeyd edib. Fikrimcə, bunun da özünə məxsus səbəbləri vardır.
Ölkəmiz bu təşkilatın prinsiplərini bütünlüklə dəstəkləyir və onlara şərikdir, onlara sadiq olduğunu nümayiş etdirir.

Şərhlər

XƏBƏR LENTİ