XalqXəbər.Az

www.XALQXEBER.az » Cəmiyyət » Koronavirus pandemiyası dövründə könüllülər

Koronavirus pandemiyası dövründə könüllülər

Koronavirus pandemiyası dövründə könüllülər
21-05-2020, 09:32

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın çağırışlarına cavab olaraq, koronavirus (COVİD-19) infeksiyasının ölkəmizdə yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycanda fəaliyyət göstərən könüllü təşkilatları və hərəkatları tərəfindən yaradılmış Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzi (AKƏM) öz fəaliyyətini davam etdirməkdədir.
Yeni yaradılmış Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzinin vəzifəsi bu sahədə dövlət tərəfindən görülən işlərə töhfə vermək üçün könüllü təşkilatları və hərəkatları tərəfindən həyata keçirilən tədbirlərin səmərəliliyinin yüksəldilməsi məqsədilə ilk növbədə təşkilatlararası iş bölgüsünün müəyyən edilməsi, könüllülərin iştirakı ilə yerlərdə əhalinin həssas qrupları haqqında zəruri məlumatların toplanması, onlara zəruri sosial xidmətlərin göstərilməsinin dəstəklənməsi, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın və Ümumdünya Səhiyyə Təşkilatının qərar və tövsiyələri ilə bağlı müxtəlif kommunikasiya vasitələri və məhsullarının (sosial çarxlar) köməyi ilə ictimai maarifləndirmə işinin həyata keçirilməsi, könüllü təşkilatlarının fəaliyyətinin müvafiq dövlət qurumları ilə əlaqələndirilməsi, həyata keçirilən tədbirlərə dəstək vermək niyyətində olan ictimai təşkilat, təşəbbüs qrupları və vətəndaşların səfərbər edilməsi və eyni zamanda digər məsələləri əhatə edəcək.
İnfeksiyasının ölkəmizdə yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə dövlət tərəfindən atılan bütün zəruri addımlara, xüsusilə əhalinin maarifləndirilməsi və qayğıya ehtiyacı olan insanlara sosial xidmətlərin göstərilməsi istiqamətində həyata keçirilən tədbirlərə töhfə vermək məqsədi ilə rayonun gənc könüllüləri koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizədə fəal iştirak ediblər.Könüllülər yaşı 65-dən yuxarı olan tənhalara və yardıma ehtiyacı olan ahıllara zəruri ehtiyaclarının qarşılanmasında köməklik göstərir, Heydər Əliyev Fondu tərəfindən və yerli xeyriyyəçilər tərəfindən imkansız şəxslərə verilən ərzaq yardımlarının çatdırılmasında, vətəndaşlara maska və spirt paylanılmasında, koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədi ilə vətəndaşlar arasında maarifləndirmə işinin aparılmasında, vətəndaşlara metodik vəsaitlərin paylanması və obyektlərə, küçələrə metodik vəsaitlərin yapışdırılmasında fəal iştirak etmişlər. Könüllülər bundan əlavə, ehtiyacı olan şəxslərə zənglər əsasında vətəndaşların öz vəsaiti hesabına gündəlik ərzaq məhsullarının, dərman vasitələrinin alınmasına və kommunal ödənişlərinin həyata keçirilməsinə köməklik göstərirlər.
Könüllülük fəaliyyətinə böyük həvəslə qoşulan gənclərimizin pandemiya dövründə gördüyü işlər bununla yekinlaşmır. Onlar bu gün də xalqa xidmət edir, dövlətimizin həyata keçirdiyi tədbirlərə ən müxtəlif formalarda dəstək verirlər.
Bu gün ölkəmizin gənclərinin - könüllülərimizin yaşlı, əlilliyi olan insanlara hörmət və qayğı ilə yanaşmaları, bu sahədə fəallıq göstərmələri onların hər şeydən əvvəl milli-mənəvi dəyərlərimizə sədaqət hisslərinin əyani təsdiqidir. İndiki şəraitdə şəhid ailələrinə, aztəminatlı ailələrə, fiziki məhdudiyyəti olan şəxslərin və tənha yaşlıların evlərinə baş çəkən könüllülərimiz əsl dost dəstəyinin, xeyirxahlığın nümunəsi oldular.
Babayeva Nübar Vüqar, könüllü

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.