Ağcabədi rayonu ərazisində koronavirus infeksiyasının qarşısının alınması məqsədilə yaradılmış mobil qruplar maarifləndirmə işlərini davam etdirir
Karantin tədbirləri - Ağcabədi rayonu ərazisində koronavirus infeksiyasının qarşısının alınması məqsədilə yaradılmış mobil qruplar maarifləndirmə işlərini davam etdirir.
COVİD-19 koronovirus infeksiyasının ölkədə yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Ağcabədi rayonunda 82 mobil qrup yaradılmış, RİH əməkdaşları, könüllü gənclər, idmançılar və Yeni Azərbaycan Partiyasının fəalları, eyni zamanda RİH başçısının inzibati ərazi nümayəndələri, bələdiyyələr, habelə digər dövlət qurumlarının əməkdaşları da mobil qrupların tərkibinə daxil edilmişdir.
Qrup üzvülərinin hər biri qoruyucu vasitələrlə təmin edilib.
#EvdəQal aksiyasına dəstək olaraq qrup üzvləri tərəfindən təhkim olunduqları ərazilərdə 3617 ailəyə baş çəkilmiş, 15191 nəfər vətəndaşla görüşülmüşdür. Bu ailələrdə, xüsusən də, 60-65 yaşdan yuxarı olan vətəndaşlarla ölkədə tətbiq olunan xüsusi karantin rejiminə əməl olunması, sosial məsuliyyətli davranmaları, xüsusi zərurət olmadan digər şəxslərlə təmasda olmamaları və virusun yayılmasının qarşısının alınmasına dəstək olacaq hər cür ehtiyat tədbirləri görmələri, insanlararası təmaslarda 2 metrlik məsafənin saxlanılması tövsiyə edilib.
Həmçinin, Ağcabədi Rayon İcra Hakimiyyətində yaradılmış Müraciətlərə Operativ Baxılma Mərkəzinin qaynar xətt telefon nömrələri müraciətlər üçün vətəndaşların nəzərinə çatdırılıb.
Qeyd edək ki, maarifləndirmə işləri gündəlik davam etdirilir.







Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...