XalqXəbər.Az

www.XALQXEBER.az » Cəmiyyət » Naxçıvanda baş nazir postuna daha bir namizəd...

Naxçıvanda baş nazir postuna daha bir namizəd...

Naxçıvanda baş nazir postuna daha bir namizəd...
16-05-2020, 00:32

Bir gün öncə Naxçıvan Muxtar Respublikasının Baş nazir postu vəzifəsindən azad edilən Əlövsət Baxşıyevin yerinə onun müavini, maliyyə naziri Səbuhi Məmmədovun təyin ediləcəyi gözlənilir.
Bu barədə “Ölkə.Az”a etibarlı mənbələrdən məlumat verilib.

Səbuhi Məmmədovun Naxçıvan Muxtar Respublikasının yeni Baş nazir postuna təyin olunması ilə bağlı yaxın günlərdə sərəncam imzalanacaq.
Çünki Baş nazir Əlövsət Baxşiyev məzuniyyətdə olduğu bir zamanda tutduğu vəzifəni itirib. Ə.Baxşiyev vəzifəsindən azad olunmasını məzuniyyətdən qayıtdıqdan sonra gözləsə də, gözlədiyinin əksi olaraq məzuniyyət vaxtı bitməmiş vəzifəsindən azad olunması barədə sərəncam verilib.
Mənbə onu da bildirib ki, Ə.Baxşiyev məzuniyyətə getməmiş bütün möhür və açarları müavini Səbuhi Məmmədova təhvil verib.

Onu da qeyd edək ki,Baş Nazir Ə.Baxşiyevlə Ali Məclisin sədri Vasif Talıbov arasında əvvəlcədən müəyəyn fikir ayrılıqları olub. V. Talıbov onun fəaliyyətindən narazı olub. Narazılıqlar nəticə etibarı ilə Ə. Baxiyevin vəzifəsinin itirməsi ilə nəticələnib.

Onun yerinə isə Baş nazirin müavini, maliyyə naziri Səbuhi Məmmədov hazırlanır və bu günlərdə onun yeni baş nazir təyin olunacağı ilə bağlı təqdimatı və sərəncamı olacaq.

Qeyd edək ki, Baş nazir təyin ediləcəyi bildirilən Səbuhi Hidayət oğlu Məmmədov 1 may 1969-cu ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun İbadulla kəndində anadan olub.

Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının İqtisad fakültəsini mühasibat uçotu, nəzarət və təsərrüfat fəaliyyətinin təhlili ixtisası üzrə bitirib. Maliyyə üzrə iqtisadçıdır.
Əmək fəaliyyətinə 1991-ci ildə Azərbaycan Respublikası Aqrar-Sənaye Bankının Şərur rayon şöbəsində mütəxəssis olaraq başlayıb, ötən dövr ərzində baş mütəxəssis, şöbə rəisi, Birləşmiş Universal Səhmdar Bankının Şərur rayon filialının müdiri, Aqrarkredit Səhmdar Kredit Təşkilatının Naxçıvan Muxtar Respublika filialının müdiri, Kapital Bank Açıq Səhmdar Cəmiyyətinin Naxçıvan Muxtar Respublikası Baş İdarəsinin rəisi vəzifələrində işləyib.
2007-ci ilin yanvar ayından 2017-ci ilin fevral ayınadək Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikası İdarəsinin sədri vəzifəsində çalışıb.

6 fevral 2017-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Maliyyə naziri, 2018-ci il noyabrın 30-dan Naxçıvan Muxtar Respublikası Baş Nazirinin müavini – Maliyyə naziri vəzifəsinə təyin edilmişdir.

2012-ci ilin fevral ayında Azərbaycan Respublikasında bank işinin inkişaf etdirilməsində xidmətlərinə görə Azərbaycan Respublikası Prezidenti tərəfindən “Tərəqqi” medalı ilə təltif edilib.

Naxçıvanda baş nazir postuna daha bir namizəd...

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinin 30 aprel 2019-cu il tarixli sərəncamına əsasən Naxçıvan Muxtar Respublikasında dövlət qulluğunda səmərəli fəaliyyətinə görə “Əməkdar dövlət qulluqçusu” fəxri adı verilib.

Azərbaycan Respublikasının Prezidentinin 27 may 2019-cu il tarixli sərəncamına əsasən “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilib.

Ailəlidir, 4 övladı var.
Naxçıvanda baş nazir postuna daha bir namizəd...

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.