XalqXəbər.Az

www.XALQXEBER.az » Cəmiyyət » Xalqın Prezidenti

Xalqın Prezidenti

Xalqın Prezidenti
12-05-2020, 12:44

Prezident İlham Əliyev hər zaman xalqın, xalq isə Prezidentin yanındadır.
Koronovirus pandemiyası Azərbaycan sərhədlərini keçən kimi prezidentimizin gördüyü qabaqlayıcı tədbirlər, xəstəliyin daha geniş ərazini əhatə etməməsi üçün verdiyi tapşırıqlar bu problemi nəzarətdə saxlamağa imkan verdi.
Azərbaycan sağalmanın yoluxmanı üstələdiyi çox az ölkələrdən biridir. Səbəb isə birdir: Azərbaycan dövləti, Prezident İlham Əliyev təhlükəni onun miqyasını əvvəldən gördü, ilk gündən Nazirlər Kabineti yanında Operativ qərargah yarandı, sərhədlərdə məhdudlaşmalar tətbiq edildi, məktəblər tətilə göndərildi .Karantin zonaları tez yaradıldı, Azərbaycan çox sürətlə müasir tipli laboratoriyalar qurdu, 22 xəstəxana koronoviruslu xəstələrin müalicəsi üçün ayrıldı.
Azərbaycan Prezidenti milli həmrəylik düsturu ilə çıxış etdi. Koronovirusla Mübarizəyə Dəstək Fondu, Prezidentin ölkə və türk dünyası ilə bağlı təşəbbüsləri başqa ölkələrdə təcrübəyə çevrildi.
Diqqətdən yayınmamalıdır ki ,pandemiya başlayandan indiyədək ölkədə heç bir sosial ödəniş – pensiya, müavinət və s. üzrə ödəmələrdə hər hansı gecikmə baş verməyib.
Beləliklə, görülən tədbirlər Prezident İlham Əliyevin “Azərbaycanda həyata keçirilən siyasətin mərkəzində vətəndaş dayanır”, ”Azərbaycan dövləti hər zaman vətəndaşın yanındadır” fikirlərinin bariz təzahürüdür.
Qədirbilən Azərbaycan xalqı Prezident İlham Əliyevin sosial siyasətini ürəkdən dəstəkləyir, postkorona mərhələsi üçün aldığı iqtisadi yönümlü paket qərarları yüksək qiymətləndirir, öz Prezidentini milli birliyin, dayanışmanın və həmrəyliyin mücəssəməsi kimi görülür.

Məruzəçi: Tibb bacısı- Şükürova Afaq Tahir qızı
Xalqın Prezidenti

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.