Prezident İlham Əliyev xalqın sevgisini qazanıb - Ramiz Mehdiyev
Gələcək nəsillər müasir Azərbaycanın inkişaf tarixini öyrənərkən XXI əsrdə Azərbaycan dövlətçiliyinin möhkəmlənməsində və inkişafında, milli ideyanın reallaşdırılması üçün Azərbaycan millətinin sıx birləşməsində mühüm rol oynamış İlham Əliyevin tarixi rolunu qeyd edəcəklər.
Bu fikirlər Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Ramiz Mehdiyevin "Azərbaycanın inkişafını XXI əsrin çağırışlarına uyğunlaşdıran Lider" adlı məqaləsində qeyd olunub.
Bildirilib ki, Prezident İlham Əliyev hakimiyyətdə olduğu illər ərzində Azərbaycan xalqının sevgisini və dərin hörmətini qazanıb. Prezident ilə xalqın bu qarşılıqlı hissləri İlham Əliyevə qüvvət və əminlik verir ki, onun ölkəni apardığı yol, sadəcə yol deyil, doğru yoldur. Məhz bu yol Azərbaycan xalqını daha yaxşı gələcəyə çatdıracaq.
"Prezident İlham Əliyev siyasi lider olmaqla özünü müstəsna səriştəli dövlət xadimi kimi göstərir, təkcə ölkə əhalisinin mütləq əksəriyyətinin deyil, həm də dünyada 155 dövlətin başçılarının nəzərində şəksiz yüksək nüfuz və dəstək qazanıb. O, ölkə Prezidenti üçün çox zəruri olan, milli dəyərlərə müvafiq yüksək keyfiyyətlərə malikdir", - R.Mehdiyev məqaləsində yazıb.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?