Hikmət Hacıyev: "Dövlət üzərinə düşən vəzifəni yerinə yetirir"
"Dövlətimiz, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən və şəxsən Prezidentimizin rəhbərliyi altında prosesləri izləyir və qiymətləndirir".
Bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "ölkədə xüsusi karantin rejimi sərtləşdirilə və uzadıla bilərmi" sualına cavabında deyib.
Prezidentin köməkçisi bildirib ki, hadisələrin inkişaf tendensiyasına uyğun qərarlar qəbul edilir: "Dövlətimizin qəti iradəsi və əzmi var. Burada əsas meyar və məqam vətəndaşlarımızın sağlamlığının təmin olunmasıdır. Bütün kompleks və qabaqlayıcı tədbirlərin nəticəsidir ki, Azərbaycan Respublikasında digər ölkələrlə müqayisədə vəziyyət yaxşı haldadır. Amma məsuliyyətin bölünməsi anlayışından çıxış etsək, dövlət üzərinə düşən vəzifəni yerinə yetirir, Amma ölkə daxilində və xaricində olan vətəndaşlarımızın da üzərinə böyük məsuliyyət düşür. Burada ümumiləşdirmə etmək olaz. Çünki tətbiq olunan xüsusi karantin rejiminə ciddi şəkildə əməl edən vətəndaşlarımız da var. Onların hər bir addımı dövlətə dəstəkdir"

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək