SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Sabah Azərbaycanda Ramazanın ilk Qədr gecəsi olacaq

Sabah Azərbaycanda Ramazanın ilk Qədr gecəsi olacaq

Tarix:

11-05-2020, 13:02

/ 1 142 dəfə oxundu.
Sabah Azərbaycanda Ramazanın ilk Qədr gecəsi olacaq

Sabah Azərbaycanda Ramazan ayının ilk Qədr (Əhya) gecəsi olacaq.

Bunu açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev bildirib.

Onun sözlərinə görə, bu il ilk Qədr gecəsi mayın 12-dən 13-nə keçən gecəyə təsadüf edir: "Bu ilin Qədr gecələri mayın 12-i (Ramazanın 18-ci günü), 14-ü (Ramazanın 20-ci günü) və 16-sı (Ramazanın 22-ci günü) olacaq. Bir də məxsusi bir Qədr gecəsi var ki, bu da Ramazanın 26-cı gününün axşamı olur. Quranda “Qədr” surəsinin 26 kəliməsi var. Ona görə də deyirlər, ola bilsin ki, həmin gecə də Qədr gecəsi olsun. Bu il həmin Qədr gecəsi mayın 20-dən 21-nə keçən gecəyə təsadüf edir”.

Qeyd edək ki, bu il Azərbaycanda Ramazan ayı aprelin 25-də başlayıb. Mayın 24-ü Ramazan (Fitr) bayramıdır.

Şərhlər

XƏBƏR LENTİ