SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » "Rüşvət alanların hamısına həbsxanada yer çatmaz”

"Rüşvət alanların hamısına həbsxanada yer çatmaz”

Tarix:

11-05-2020, 12:52

/ 1 021 dəfə oxundu.
"Rüşvət alanların hamısına həbsxanada yer çatmaz”

"Bir daha bildirirəm ki, bu gün məmurların həbs edilməsini olduqca önəmli addım sayıram. Ancaq bu gün rüşvət almışların hamısını həbs etmək məqsədi güdülsə buna heç həbsxanalar da çatmaz, həm də bu onsuz da ölkədə gərgin olan vəziyyəti daha da gərginləşdirər”.

“Yeni Sabah” xəbər verir ki, bunu hüquqşünas Aslan İsmayılov deyib. O, bildirib ki, korrupsiyanın uzun illər idarəetmə sisteminin mahiyyəti olması heç kimə sirr deyil:

“Bu gün ancaq tutmaqla korrupsiyanın kökünü kəsmək olmaz və hamını həbs etmək də mümkünsüzdür. Elə son günlər həbs edilmiş məmurların ölkədə gərginlik yaradacağına şübhə etmirəm. İndi təsəvvür edin ki, bütün oliqarx-məmurlar həbs edilsə nə olar?!

Buna görə hesab edirəm ki, həbslərlə yanası sistemin dəyişdirilməsi yolunda ciddi addımlar atılmalıdır. Bunun üçün isə yaxın zamanlarda maliyyə amnistiyası elan edilməli və Azərbaycanda hələ 2005-ci ildə qəbul edilmiş “Gəlir deklarasiyası haqqında” Qanunun icrasına başlanmalıdır.

Bilirəm ki, maliyyə amnistiyası əksəriyyət tərəfindən pis qarşılanacaq və bu irad da haqlıdır. Ona görə ki, illərdir bizim hamımıza, o cümlədən mənə də məxsus olan ölkə varidatı bir ovuc məmur tərəfindən talan edilib. Əlbəttə, mən də əksəriyyət kimi oğurlanmış pulların hamısının qəpiyinə kimi qaytarılmasını istəyərdim. Ancaq bunun mümkün olmadığını və bu barədə atılan istənilən addımın böyük təlatümlərə aparacağını, hətta vətəndaş müharibəsinə çevriləcəyinə şübhəm yoxdur. Maliyyə amnistiyası isə oğurlanmış və heç zaman ölkəyə qaytarılmayacaq pulların ölkəyə dönməsinə, iqtisadi inkişafa xidmət edəcəyinə əminəm. Özü də bu prosesdə geri qaytarılacaq pulların cüzi bir hissəsinin büdcəyə yönəlməsinin tərəfdarıyam. Tutulacaq faiz nə qədər az olacaqsa, qaytarılan pullar da o qədər çox olacaq.

Maliyyə amnistiyasından narahat olanlara bildirirəm ki, bunun faydası daha çox olacaq. Birincisi, həmin pullar ölkəyə qayıdıb yeni iş yerlərinin açılmasına, iqtisadiyyatın inkişafına xidmət edəcək. İkincisi, normal iqtisadi münasibətlər qurulacağı təqdirdə təbii proses nəticəsində həmin pulların bir neçə il sonra tədricən məmur-oliqarx qruplarından savadlı zəhmətkeş insanlara dövr edəcəyinə də şübhəm yoxdur”.

Şərhlər

XƏBƏR LENTİ