XalqXəbər.Az

www.XALQXEBER.az » Cəmiyyət » Kimlər general rütbəsinə təqdim olunub? - Nazirin bacanağı, rəisin bacısı oğlu... - SİYAHI

Kimlər general rütbəsinə təqdim olunub? - Nazirin bacanağı, rəisin bacısı oğlu... - SİYAHI

Kimlər general rütbəsinə təqdim olunub? - Nazirin bacanağı, rəisin bacısı oğlu... - SİYAHI
30-04-2020, 16:23

Azərbaycanda Milli Ordu Günü münasibətilə bir neçə zabitin rütbəsinin artırılacağı ehtimal edilir.

Yenicag.az-ın əldə etdyi məlumata görə, 26 iyun – Azərbaycan Silahlı Qüvvələri yaradılmasının növbəti ildönümü münasibətilə bir neçə zabitin general-mayor rütbəsi alması üçün müvafiq təqdimat göndərilib.

General-mayor rütbəsinə təqdim olunduğu bildirilən hərbçilərin siyahısı:

1. Müdafiə Nazirliyi Təhlükəsizlik Baş İdarəsinin rəisi Ramil Əsgərov (Silahlı Qüvvələrin Baş Qərargah rəisi (general-polkovnik Nəcməddin Sadıkovun bacısı oğludur);

2. Müdafiə Nazirliyi Tibb Komissiyasının rəisi Elxan İbrahimov (müdafiə naziri Zakir Həsənovun bacanağıdır);

3. Müdafiə Nazirliyi Baş Klinik Hospitalının rəisi Tofiq Tağıyev;

4. Hərbi-Dəniz Qüvvələrinin komandanı Sübhan Bəkirov;

5. Müdafiə Nazirliyi Mühəndis Xidməti rəisi Anar Kərimov;

6. Müdafiə Nazirliyi 1-ci Ordu Birləşməsinin Qərargah rəisi Məhərrəm Həmidov;

7. Müdafiə Nazirliyi 2-ci Ordu Birləşməsinin Qərargah rəisi Münasib Babayev;

8. Müdafiə Nazirliyi Raket, artilleriya qüvvələri komandanı Ağamir Sultanov;

General-mayor Xəqani Cəbrayılov isə general-leytenant rütbəsinə təqdim olunub.

Əldə etdiyimiz bu məlumatı dəqiqləşdirmək üçün Müdafiə Nazirliyi mətbuat xidmətinin rəhbəri polkovnik Vaqif Dərgahlı ilə əlaqə saxlamaq cəhdlərimiz iki gün ərzində nəticəsiz qaldığından, materialı yayımlamağa qərar verdik.

Nazirliyin mövqeyini işıqlandırmağa hazırıq.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.